B Baku Steel Company CJSC
  • 620

Baku Steel Company CJSC

Metal və dağ-mədən , Steel

Kommunikasiyalar üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kommunikasiyalar üzrə mütəxəssis

  • Deadline 16 Dekabr 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşin təsviri

  • Şirkətin tanıtımı və işgüzar münasibətlərin qurulması məqsədilə sərgi və yarmarkalarda cəmiyyətin layiqincə təmsil olunmasını təmin etmək, məqsədli tədbirlər həyata keçirmək;
  • Cəmiyyətin saytının yenilənməsi, məzmunun təkmilləşdirilməsi və gələcəkdə SEO optimallaşdırılmaların aparılmasını təşkil etmək;
  • Cəmiyyətin korporativ brendinin formalaşdırılması və promo məhsullarının korporativ dizaynı üçün təkliflər hazırlamaq, fərqli istiqamətdə çap məhsullarının (kataloq, flayer, broşür və s.) hazırlanmasını təşkil etmək;
  • Cəmiyyətin Sosial Media Marketing (SMM) planlaşdırılması və həyata keçirilməsi üçün lazımi dəstəyin verilməsi. 
  • Cəmiyyətin fəaliyyəti barədə və istiqamətinə uyğun olaraq reklam çarxları və bannerlərinin hazırlanmasını təşkil etmək, yerləşdirilməsi üçün müvafiq şöbələri təmin etmək və monitorinqini həyata keçirmək.  
  • Cəmiyyətin müvafiq nəşrlərinin, brendi təmsil edən məhsulların və brend daşıyıcılarının (çap materialları, korporativ hədiyyələr, bannerlər, plakatlar, reklam lövhələri və s.) vahid korporativ üsluba əsasən hazırlanmasını təmin etmək, həmçinin mütəmadi olaraq brendi təmsil edən məhsul və daşıyıcıların, proqram təminatlarının brendin tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək;
  • Beynəlxalq satış/Marketinq vasitələrini, həmçinin meydançalarını araşdırmaq;
  • Cəmiyyətin digər şirkətlər ilə korporativ münasibətlərinin yaradılması, qarşılıqlı əməkdaşlıq prinsiplərinin yaradılması və inkişaf etdirilməsi məqsədilə Kommersiya Departeneti ilə birgə B2B görüşlər təşkil etmək;
  • Cəmiyyətin və istehsalat obyektlərinin əməkdaşları arasında münasibətlərin gücləndirilməsi məqsədi ilə müvafiq struktur bölmələri ilə birlikdə şirkətdaxili korporativ tədbirlərin, əhatə dairəsi geniş olan toplantıların, əlamətdar tədbirlərin, bayram şənliyi, idman və intellektual oyunların, müsabiqələrin, müsahibələrin və digər tədbirlərin həyata keçirilməsini təmin etmək və idarə edilməsini həyata keçirmək; 
  • Cəmiyyətin istehsal etdiyi məhsullar haqqında istehlakçı rəyinin öyrənilməsini təşkil etmək və məhsulların satışına təsirini araşdırmaq; 
  • Müştəri məmnuniyyətinin ölçülməsi və təhlili işlərini həyata keçirmək.
  • Cəmiyyətin işgüzar nüfuzu, imici, brendinin tanıdılması, qavranılması ilə əlaqədar   sorğular keçirilməsini təşkil etmək;
  • İstiqamətin illik fəaliyyət planını və büdcəsinin hazırlanmasında iştirak edir;
  • Media monitorinqinin həyata keçirilməsi və hesabatların hazırlanması.
  • İstiqamətinə dair tələb olunan sənəd dövriyyəsinin idarə edilməsi

Bilməlidir: 

  • İşində tələb olunan kompüter proqramları;
  • Ofis avadanlığından istifadə qaydaları;
  • İşgüzar etiket standart və qaydaları
  • Ana dilin işgüzar və rəsmi yazışmanın sərbəst aparılması üçün lazım olan səviyyədə;
  • Xarici tərəfdaşlarla danışıqlar və yazışmaların aparılması üçün kifayət qədər işgüzar İngilis və rus dili;

Tələblər:

  • Ali təhsil (bakalavr səviyyəsində)
  • Sahə üzrə minimum 2 il iş təcrübəsi (marketinq, tədbirlərin təşkili və ya layihələrin idarəedilməsi)
  • Tələbə görə hesabatlılığın hazırlanması təcrübəsi
  • Sənədlər ilə işləmə təcrübəsi
  • Ofis avadanlığı və kompüter proqramlarının əsaslarını yaxşı səviyyədə bilikləri;
  • Xarici dillərin biliyi (Rus və İngilis);
  • Daily81
  • Weekly674
  • Monthly1696