Təsvir
Boru istehsalında məhsulun keyfiyyətini yoxlamaq üçün istifadə olunan sınaq və yoxlama avadanlıqlarının (Ultrasəs müayinəsi, Dartma, zərbə özüllüyü, kimyəvi tərkib, Bərklik və s) texniki xarakteristikalarını bilməli və onları işlətməyi bacarmalıdır.
- Laboratoriyanın fəaliyyətinə dair tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə.
- Tabeçiliyində olan işçilərdən verilən tapşırıqları yerinə yetirməyi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası, yanğından mühafizə və daxili nizam-intizam qaydalarına riayət etməyi tələb etmək.
- Laboratoriyasının qarşısında qoyulmuş vəzifə və funksiyaları yerinə yetirmək üçün zəruri olan sənədləri müvafiq struktur bölmələrindən tələb etmək.
- Ultrasəs müayinəsi üzrə işlərin vaxtında keyfiyyətli yerinə yetirilməsini təmin etmək.
- Müxtəlif metodlara görə sınaqların aparılması (Mexaniki sınaq metodu, zərbə özüllüyü sınağı, kimyəvi tərkibin müəyyənləşdirilməsi, Metalların möhkəmliyini təyin etmə, yastılama testi və s.)
- Sınaq metodların işlənib hazırlanması, dəyişikliklər edilməsi, verifikasiyası və validasiyası.
- Nəticələrin təhlili, o cümlədən uyğunluğun bəyanı, rəylərin və şərhlərin bildirilməsi.
- Nəticələr barədə hesabatın hazırlanması, onların yoxlanması və təsdiqlənməsi.
- Metalların mikro və makro strukturlarını analiz edib texniki rəy verilməsini təmin etmək.
- Sınaq metodlarının son versiyalarına uyğun işçilərin təlimləndirlməsini həyata keçirmək.
- İSO 17025 standartının tələblərini bilməli və iş prosesinə tətbiq etməlidir.
Tələblər
- İş yeri: “Baku Steel Company” QSC Azərboru İstehsalat sahəsi (Sumqayıt şəhəri)
- Təhsil: Ali texniki
- Xarici dil bilikləri:Azərbaycan dili - ana dili, rus və ingilis dili arzuolunandır
- Təcrübə: Laboratoriya sahəsində 2 ildən az olmayaraq iş təcrübəsi
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.