İşin təsviri:
- Cəmiyyət rəhbərliyinin iştirakı ilə keçirilən ikitərəfli və çoxtərəfli görüşlərin təşkil edilməsini, rəhbərlik tərəfindən keçirilən müşavirələrdə, iclaslarda, tədbirlərdə, görüşlərdə və rəsmi qəbullarda texniki və təşkilatı işlərin həyata keçirilməsini;
- Ümumi qəbul olunmuş protokol qaydalarına, beynəlxalq təcrübəyə və milli adət ənənələrə və əsaslanan protokol xidmətinin həyata keçirilməsini;
- Qonaqların qarşılanmasını, müşayiət edilməsini, yola salınmasını;
- Cəmiyyət rəhbərliyinin iştirakı ilə keçirilən ikitərəfli və çoxtərəfli görüşlərdə ümumi qəbul olunmuş protokol qaydalarına əsasən masada protokol xidmətinin icrasını;
- Cəmiyyət rəhbərliyinin iştirak etməsi nəzərdə tutulmuş tədbirlərə və səfərlərə hazırlıq işlərinin aparılması və zərurət yarandıqda həmin səfərlərdə protokol xidmətinin icra edilməsini və bununla bağlı digər işlərin həyata keçirilməsini;
- Dəvət olunan qonaqların zərurəti yarandıqda səfərlərinin təşkili ilə bağlı tədbirlərin həyata keçirilməsini;
- Cəmiyyətin strukturları tərəfindən protokol qaydalarının həyata keçirilməsində əlaqələndirmə və bu sahədə onlara lazımi yardımın göstərilməsi;
- Sənədlərin imzalanması mərasimləri zamanı assistentlik və digər protokol xidmətlərinin icra edilməsini;
- Daxil olmuş təbrik və rəsmi görüşlərə dəvət məktublarının cavablandırılmasını;
- Gələn qonaqlar tərəfindən Cəmiyyət rəhbərliyinə təqdim olunan xatirə və protokol hədiyyələrinin qeydiyyatının aparılmasını və lazımi qaydada saxlanılmasını;
- Xarici qonaqlara təqdim etmək məqsədilə Azərbaycan tarixini, mədəniyyətini, musiqisini və Qarabağ probleminin həqiqətlərini özündə əks etdirən hədiyyələrin hazırlanmasını;
- Dövlət bayramları və mərasimlər zamanı Cəmiyyət rəhbərliyinin başçılığı ilə Cəmiyyət əməkdaşlarının Şəhidlər Xiyabanına və Fəxri Xiyabana ziyarətini təşkil edilməsini;
Bilməlidir:
- Vəzifə təlimatını və beynəlxalq təcrübəyə, milli adət ənənələrə və ümumi qəbul olunmuş protokol qaydalarını;
- İşgüzar etiket standartlarını və qaydalarını;
- Təşkilatı inzibati sənədlərinin vahid şəkilə salınmış sisteminin standartlarını;
- İşində tələb olunan kompüter proqramlarını;
- Ofis avadanlığından istifadə qaydalarını;
Tələblər:
- Ali təhsil (bakalavr səviyyəsində);
- Beynəlxalq münasibətlər, Protokol, tədbirlərin təşkili sahələri üzrə ən azı 2 illik iş təcrübəsi;
- Ofis avadanlığı və kompüter proqramlarının əsaslarını yaxşı səviyyədə bilmək;
- Yüksək səviyyədə Azərbaycan dili biliyi;
- Xarici dillərin biliyi (İngilis və Rus).