İş barədə məlumat:
- Redaksiya lentindən xəbərlərin operativ şəkildə hazırlanması və paylaşılması
- Diqqət cəlb edən başlıqlar və anonsların yazılması
- Başlıqların hər bir sosial şəbəkənin formatına və üslubuna uyğunlaşdırılması
- Vizual materialların əlavə edilməsi (foto, video, infoqrafika, kartlar)
- Məqalələrə, reportajlara və müsahibələrə keçidlərin müntəzəm paylaşılması
- Şərhlərin moderasiyası: spamın silinməsi və reputasiyanın idarə olunması
- Vacib hadisələrə və informativ mövzulara dərhal reaksiya vermək
Namizədə tələblər:
- SMM sahəsində 1 ildən artıq iş təcrübəsi (media sahəsində olması arzuolunandır)
- Sosial şəbəkələri və onların alqoritmlərini əla səviyyədə bilmə
- Savadlı yazı bacarığı, diqqət çəkən mətnlər yazmaq bacarığı
- Tez reaksiya vermək və dəyişkən şəraitə uyğunlaşmaq bacarığı
- Xəbər gündəmini bilmək və jurnalistikaya maraq
Uyğun namizədlər CVlərini Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərə bilərlər.