Əməliyyat işləri üzrə icraçı direktor

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əməliyyat işləri üzrə icraçı direktor

  • Deadline 4 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

BALİQUE — Bakıda fəaliyyət göstərən, dəniz məhsulları pərakəndə satışı üzrə inkişaf edən şirkətdir. Hazırda komandamızı gücləndirmək üçün biznes proseslərini analiz edə biləcək, rəqəmlərlə işləyən və Direktora strateji qərarların qəbulunda dəstək verəcək Əməliyyat işləri üzrə icraçı direktor axtarırıq.Vəzifə öhdəlikləri

  • Şirkətin əməliyyat proseslərini müntəzəm təhlil etmək, boşluqları müəyyənləşdirmək və təkmilləşdirmə təklifləri hazırlamaq
  • Aylıq/rüblük biznes hesabatlarını (satış, xərc, marja, mağaza performansı) hazırlayıb Direktora təqdim etmək
  • Şöbələr üzrə KPI sistemini qurmaq, izləmək və nəticələri analiz etmək
  • Yeni proses və prosedurlar (SOP) hazırlamaq, mövcudları təkmilləşdirmək
  • Şöbələr (mağazalar, ofis,anbar) arası əlaqələndirməni təmin etmək
  • Direktorun tapşırığı ilə strateji layihələrin icrasına nəzarət etmək
  • Bazar və rəqib analizi əsasında inkişaf təklifləri hazırlamaq
  • Şirkətin daxili komunukasiya, həmçinin boşluq olan nöqtələrinin,idarəetmə proseslərinin təkmilləşdirilməsi;

Tələblər

  • Ali təhsil (biznes idarəetməsi, iqtisadiyyat, maliyyə sahəsi üzrə)
  • Minimum 3-5 il analitika, biznes inkişafı və ya proses idarəetməsi sahəsində təcrübə
  • Excel-də irəli səviyyə (pivot table, dashboard); Power BI biliyi əlavə üstünlükdür
  • Analitik təfəkkür, detallara diqqət və problemi görüb həll etmə bacarığı
  • Güclü kommunikasiya və təqdimat bacarıqları
  • Pərakəndə, retail sahəsində təcrübə mütləqdir!
  • Vakansiya təcilidir və gözləmədən işə çıxa biləcək şəxslərin CV göndərməsini rica edirik!

Nə təklif edirik

  • Rəqabətqabiliyyətli əmək haqqı (təcrübəyə əsasən müəyyənləşdirilir)
  • Şirkətin strateji qərarlarında birbaşa iştirak imkanı
  • Peşəkar inkişaf və karyera perspektivi
  • Dostluq mühiti olan komanda

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində Əməliyyat işləri üzrə icraçı direktor qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily3
  • Weekly597
  • Monthly483