Vəzifənin məqsədi
- Dəniz məhsullarının satış prosesini effektiv və fasiləsiz şəkildə təşkil etmək və idarə etmək.
Vəzifə öhdəlikləri
- Dəniz məhsullarının satışının təşkili və idarə olunması;
- Məhsulların qəbulunu, keyfiyyətini və saxlanma şəraitini (temperatur, gigiyena normaları) nəzarətdə saxlamaq;
- Müştərilərə məhsullar barədə dolğun məlumat vermək və yüksək xidmət standartlarını təmin etmək;
- Satış planlarının icrasına nəzarət etmək və artırılması üçün təkliflər vermək;
- Balıq məhsullarından yarımfabrikatların hazırlanması;
- Yararlılıq müddətinə nəzarət etmək və vaxtı keçmiş məhsulların dövriyyədən çıxarılmasını təmin etmək;
- Sanitariya və gigiyena qaydalarına riayət olunmasına nəzarət etmək;
- Gündəlik və aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Tələblər:
- Azərbaycan və rus dilində səlis danışıq bacarığı
- Satış etmək bacarığı
- Dəniz məhsulları haqqında bilikli olması
- Ünsiyyət və problem həll etmə bacarığı
- Stressə davamlılıq və komandada işləmək bacarığı
İş şəraiti:
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşmə
- Karyera inkişaf imkanı
Mehriban və peşəkar komanda Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Satıcı” qeyd olunmalıdır.