Tələb olunan texniki bilik və bacarıqlar
- Aparıcı SIEM\SOC platformalarından (Splunk, QRadar və ya Wazuh ) ən azı birində dərin praktiki bilik
- Firewall, WAF, VPN, IDS/IPS, NAC, EDR/XDR həllərində iş təcrübəsi
- FortiGate, FortiWeb, Cisco ISE, Microsoft Defender, Bitdefender, CrowdStrike, SentinelOne və ya oxşar platformalarla iş təcrübəsi üstünlükdür;
- Aşkarlama qaydalarının yazılması və optimallaşdırılması ; MITRE ATT&CK çərçivəsi üzrə bilik
- Python, PowerShell və ya Bash dilində skript və avtomatlaşdırma bacarığı
- Şəbəkə protokolları, Windows və Linux əməliyyat sistemləri daxili strukturu
- Active Directory security, privileged access management, MFA, service account və access review prosesləri;
- Incident response, phishing, malware/ransomware, account compromise, web attack, brute-force və suspicious activity ssenariləri;
- Vulnerability scanning, CVE analizi, risk-based prioritization, remediation tracking və pentest nəticələrinin qiymətləndirilməsi;
- Zəifliklərin idarə edilməsi, patç idarəetməsi və risk əsaslı prioritetləşdirmə bacarığı
- Bank texnologiyaları ilə tanışlıq
- Core banking, internet/mobile banking, kart sistemləri, SWIFT, ödəniş sistemləri və kritik bank inteqrasiyaları üzrə təhlükəsizlik anlayışı
Tənzimləyici və çərçivə bilikləri
- NIST CSF, ISO/IEC 27001 və 27002, PCI DSS v4.0 üzrə işçi səviyyəli bilik
- Yerli tənzimləyiciləri qarşısında hesabatlılıq təcrübəsi
- Daxili/xarici auditlərə, tənzimləyici yoxlamalara və sertifikasiya proqramlarına (ISO 27001, PCI DSS, SOC 2) dəstək göstərmək təcrübəsi
- Məlumatların qorunması qanunvericiliyi (GDPR, bank sirri) və PII/PCI tokenizasiya üzrə bilik
Təhsil və təcrübə
- Kompüter elmləri, İnformasiya təhlükəsizliyi, Mühəndislik və ya əlaqəli ixtisas üzrə bakalavr dərəcəsi (və ya ekvivalent praktiki təcrübə)
- Kibertəhlükəsizlik sahəsində ən azı 5–8 illik praktiki iş təcrübəsi
- Yüksək səviyyəli kiber insidentlərə (ransomware, BEC, ödəniş fırıldaqçılığı, daxili təhdid, təchizat zənciri kompromisi) cavab prosedurlarının idarəetmə təcrübəsi
Sertifikatlar (üstünlük verilir)
- CISSP, CISM və ya CISA
- GIAC sertifikatları (GCIH, GCIA, GCFA, GCED, GPEN)
- OSCP, CEH və ya ekvivalent təhlükəsizlik testi sertifikatı
- CCSP və ya bulud təhlükəsizliyi sertifikatları (AWS Security Specialty, Azure SC-100, GCP PCSE)
- Fortinet, Microsoft Security, Cloud Security və digər əlaqəli sertifikatlar üstünlük hesab olunur.
Şəxsi və peşə keyfiyyətləri
- Strateji və analitik düşünmə
- Risk əsaslı qərarvermə və prinsipial yanaşma
- Təzyiq altında risk əsaslı qərarvermə bacarığı; aktiv insident zamanı sürətli və əsaslandırılmış qərarlar verə bilmək
- Komandada işləmək, mentorluq və rəsmi səlahiyyət olmadan təsir göstərmək qabiliyyəti
- Avtomatlaşdırma və ölçüləbilən təkmilləşdirməyə meyil
- Konfidensiallıq və vəzifə bölgüsünə hörmət
Dil bilikləri
- Azərbaycan dili — səlis (yazılı və şifahi)
- İngilis dili — orta (texniki sənədləşmə)
- Rus dilini bilmək üstünlükdür
Vəzifə öhdəlikləri
- ISO 27001/27002, risk reyestri, Statement of Applicability (SoA), insidentlərin idarə olunması, giriş hüquqları, loglama, backup, DR/BCP və üçüncü tərəf riskləri üzrə proseslərə nəzarət etmək;
- SIEM/SOC proseslərinin effektivliyini təmin etmək: log mənbələrinin inteqrasiyası, correlation rules, alert tuning, dashboard və insident eskalasiyası;
- Firewall, WAF, VPN, IDS/IPS, NAC, EDR/XDR və digər təhlükəsizlik sistemlərinin düzgün idarə olunmasına nəzarət etmək;
- Kibertəhlükəsizlik insidentlərinin aşkarlanması, təhlili, lokallaşdırılması, eskalasiyası və bağlanması proseslərini idarə etmək;
- Vulnerability management və penetration testing nəticələri üzrə remediation planlarının hazırlanması və icrasını izləmək;
- Active Directory, privileged access, MFA, VPN access, service accounts və periodic access review proseslərinə nəzarət etmək;
- Daxili/xarici audit sorğularını, tənzimləyici yoxlamaları və sübutların hazırlanması prosesini idarə etmək;
- Vendor, tender və müqavilə qiymətləndirmələrində informasiya təhlükəsizliyi tələblərinin düzgün əks olunmasını təmin etmək;
- Rəhbərlik üçün risklər, insidentlər, zəifliklər, audit tapıntıları və görülən tədbirlər üzrə ölçülə bilən hesabatlar hazırlamaq;
Xahiş olunur mövzu hissəsində Kibertəhlükəsizlik üzrə Baş Mütəxəssisi vəzifəsini qeyd edib CV Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərəsiniz.