Biznes analitik

  • Deadline 13 August 2026

Namizədlər üçün irəli sürülən tələblər:

 

·       Ali təhsil (İqtisadiyyat, Maliyyə, Menecment, Biznesin idarə edilməsi və ya İT sahəsində)

·       Bank və ya bank olmayan kredit təşkilatlarında biznes analitik və ya proseslərin idarə edilməsi sahəsində minimum 3 il iş təcrübəsi

·       Biznes proseslərin modelləşdirilməsi standartları barədə dərin biliklər;

·       MS Office proqramlarının bilikləri

·       MS Visio və ya digər proses xəritələndirmə alətlərində sərbəst işləmək bacarığı

·       SQL bilikləri və Excel-də yüksək səviyyədə işləmək bacarığı üstünlükdür

·       Azərbaycan dilində mükəmməl yazı və şifahi nitq

·       Rus və ingilis dili bilikləri arzuolunandır

·       Analitik düşüncə tərzi və detallara diqqət yetirmə bacarığı

·       Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq 

·    Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı

 

 

İşin təsviri:

·       Bankın mövcud biznes proseslərinin analiz edilməsi, effektivliyinin qiymətləndirilməsi və optimallaşdırılması üçün təkliflərin hazırlanması;

·       Yeni bank məhsulları, xidmətləri və daxili prosedurları üçün biznes tələblərinin toplanması, strukturlaşdırılması və sənədləşdirilməsi;

·       Biznes proseslərin "As-Is" (Mövcud vəziyyət) və "To-Be" (Gələcək vəziyyət) modellərinin vizuallaşdırılması və xəritələndirilməsi;

·       İT və digər daxili strukturlarla (Risk, Hüquq, Komplayens və s.) birlikdə layihələrin icrasında koordinasiyanın təmin edilməsi;

·       Yeni tətbiq olunan sistemlərin və funksionallıqların istifadəçi testlərində iştirak etmək və prosesin biznes tələblərinə uyğunluğunu yoxlamaq;

·       Biznes proseslərin effektivliyini ölçmək üçün KPI-ların müəyyən edilməsində iştirak.

 

Xahiş olunur mövzu hissəsində Biznes analitik vəzifəsini qeyd edib CV [email protected] ünvanına göndərəsiniz.

 

  • Daily7
  • Weekly149
  • Monthly1213