Namizədlər üçün irəli sürülən tələblər:
- Ali təhsil
- Bu sahədə ən azı 2 il iş təcrübəsi (Bank sahəsində təcrübə arzuolunandır)
- Həqiqi hərbi xidmət;
- Sürücülük vəsiqəsi (BC kateqoriya, rəsmi təcrübəsi ən azı 3 il)
- Mükəmməl Azərbaycan dili;
- Nəğd pulla intensiv işləmə bacarığı;
- Gərgin iş qrafikində işləmək bacarığı;
- İşində səliqəlilik, məsuliyyətlilik, operativlik, dəqiqlik və detallara fikir vermək qabiliyyəti
- Ünsiyyətqurma və komandada işləmək bacarığı
Vəzifə öhdəlikləri:
- Müşayiətedici sənədlərə uyğun olaraq kassa qovşağından qiymətliləri qəbul etmək.
- Qablaşdırmanın bütövlüyünü yoxlamaq.
- Qurğuların, müvafiq nəqliyyat növlərinin sanitar vəziyyətinə, daşınma üçün təyin olunmuş yükləmə-boşaltma işlərinin düzgünlüyünə, yüklərin qorunmasına və yerləşdirilməsinə nəzarət etmək.
- Yüklərin təyin olunmuş yerə çatmasını müşayiət etmək, onların nəql edilməsi zamanı briqada ilə birlikdə lazım olan mühafizə rejimini həyata keçirmək.
- Gətirilmiş yükü təhvil vermək, qəbul-təhvil sənədlərinin rəsmiləşdirilməsində iştirak etmək. Lazım olduqda çatışmamazlıq, korlanma aktlarının və başqa sənədlərin tərtib olunmasında iştirak etmək.
- İstifadəsində olan nəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək;
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin iş rejimini və xüsusi iş şərtlərini bilmək, onun bu rejim üzrə istismarına və texniki xidmətlərinə daim hazır olmaq;
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin sıradan çıxdığı hallarda müvafiq aktların, digər sənədlərin tərtibatında və imzalanmasında iştirak etmək;
- Əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək.
Xahiş olunur mövzu hissəsində İnkassator vəzifəsini qeyd edib CV Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz.