Komplayens şöbəsi - aparıcı/böyük mütəxəssis

  • Истекает 6 декабрь 2026

 Namizədlər üçün irəli sürülən tələblər:

 

  • Təhsil: Hüquq, İqtisadiyyat, Maliyyə, Menecment və ya Biznesin İdarə Edilməsi üzrə ali təhsil.
  • İş təcrübəsi: Banklarda komplayens, ƏL/TMM (Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə karşı mübarizə), risklərin idarə edilməsi sahəsində minimum 3 il iş təcrübəsi.
  • Qanunvericilik bilikləri:
  • Azərbaycan Respublikasının bank qanunvericiliyi və Azərbaycan Respublikası Mərkəzi Bankının (ARMB) normativ aktları.
  • Maliyyə Monitorinqi Xidmətinin (MMX) tələbləri, ƏL/TMM üzrə milli və beynəlxalq qanunvericilik aktsiyaları.
  • Beynəlxalq sanksiya rejimli təşkilatların (OFAC, EU, UN və s.) standartları və FATCA/CRS tələbləri.
  • Sertifikasiya (Üstünlükdür): CAMS (Certified Anti-Money Laundering Specialist), ICA (International Compliance Association) və ya digər beynəlxalq sertifikatlar.
  • Dil bilikləri: Azərbaycan dili (əla/sərbəst), İngilis dili (yaxşı/sərbəst), Rus dili (arzuolunandır).
  • Analitik və Kompüter bacarıqları: MS Office (xüsusilə Excel və PowerPoint), bank əməliyyat sistemləri ilə işləmək bacarığı, analitik düşüncə və problemləri həll etmə qabiliyyəti.

 

Vəzifə öhdəlikləri:

  1. ƏL/TMM və Monitorinq:
  • Günlük bank əməliyyatlarının (şübhəli əməliyyat və ya sövdələşmələrin) monitorinqini aparmaq və təhlil etmək.
  • Maliyyə Monitorinqi Xidmətinə (MMX) təqdim edilməli olan hesabatların dəqiqliyini yoxlamaq və göndərilməsini təmin etmək.
  • Müştəri uyğunluğu tədbirlərinin (KYC/CDD/EDD - Mütəşəkkil və dərinləşdirilmiş müştəri eyniləşdirilməsi) həyata keçirilməsinə nəzarət etmək.
  1. Sanksiyalar və Risk İdarəetməsi:
  • Beynəlxalq sanksiya siyahıları (OFAC, UN, EU) üzrə müştərilərin və ödəniş əməliyyatlarının yoxlanılması.
  • Yüksək riskli müştəri kateqoriyalarının və siyasi xadimlərin (PEP) əməliyyatlarına komplayens rəyinin verilməsi.
  1. Daxili Qaydalar və Tənzimləmə:
  • Bankın daxili komplayens və ƏL/TMM siyasət və prosedurlarının hazırlanmasında və güncəllənməsində iştirak etmək.
  • Nəzarət orqanlarından (ARMB, MMX və s.) və ya digər departamentlərdən daxil olan sorğuları cavablandırmaq.
  1. Hesabatlıq və Təlimlər:
  • Komplayens riskləri və ƏL/TMM üzrə dövri hesabatları rəhbərliyə təqdim etmək.
  • Bank əməkdaşları üçün komplayens və ƏL/TMM mövzularında maarifləndirici təlimlər təşkil etmək.

 

 

 

Xahiş olunur mövzu hissəsində Komplayens şöbəsi - aparıcı/böyük mütəxəssis vəzifəsini qeyd edib CV [email protected] ünvanına göndərəsiniz.

 

  • Daily0
  • Weekly577
  • Monthly578