Namizədlər üçün irəli sürülən tələblər:
· Bu sahədə ən azı 1 il iş təcrübəsi (Bank sahəsində təcrübə arzuolunandır)
· Windows client Ə/S-ləri həmçinin Microsoft Office proqramları üzrə təkmil biliklər
· Kompüter şəbəkələri (LAN/WAN), TCP/IP və şəbəkə avadanlıqları haqqında biliklər.
· Rus və İngilis dilləri arzuolunandır
· Problemləri düzgün analiz edə bilmə bacarığı
· İşində səliqəlilik, dəqiqlik və görülən işlərin sənədləşdirilməsi
· Məsuliyyətlilik, dəqiqlik, operativlik
· Ünsiyyətqurma və komandada işləmək bacarığı
Vəzifə öhdəlikləri:
· İstifadəçilərdən daxil olan İT müraciətlərini qəbul etmək, təhlil etmək və operativ şəkildə həll etmək.
· Windows əməliyyat sistemləri, Microsoft Office proqramları və digər standart proqram təminatı üzrə istifadəçilərə texniki dəstək göstərmək.
· Standart və qeyri-standart proqram təminatında yaranan nasazlıqları araşdırmaq, diaqnostika aparmaq və həll etmək.
· İstifadəçi hesablarının yaradılması, idarə olunması və lazımi giriş icazələrinin təmin edilməsində iştirak etmək.
· Görülmüş işlər və həll edilmiş müraciətlər barədə məlumatları Help Desk/Ticket sistemində mütəmadi olaraq qeyd etmək və yeniləmək.
· İT avadanlıqlarının və proqram təminatının inventar uçotunun aparılmasına dəstək vermək.
· İT təhlükəsizliyi qaydalarına və daxili prosedurlara uyğun fəaliyyət göstərmək, məxfi məlumatların qorunmasını təmin etmək.
· Yaranmış problemlərin kök səbəblərini müəyyən etmək, təkrarlanmaması üçün təkliflər hazırlamaq.
· İstifadəçilərə İT xidmətləri və proqram təminatından düzgün istifadə ilə bağlı məsləhət və konsultasiya vermək.
· Rəhbərlik tərəfindən verilən digər İT yönümlü tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.
Xahiş olunur mövzu hissəsində Texniki Dəstək Şöbəsinin mütəxəssisi vəzifəsini qeyd edib CV [email protected] ünvanına göndərəsiniz.