Texniki Dəstək Şöbəsinin mütəxəssisi

  • Истекает 24 август 2026

Namizədlər üçün irəli sürülən tələblər:

·      Bu sahədə ən azı 1 il iş təcrübəsi (Bank sahəsində təcrübə arzuolunandır)

·      Windows client Ə/S-ləri həmçinin Microsoft Office proqramları üzrə təkmil biliklər

·      Kompüter şəbəkələri (LAN/WAN), TCP/IP və şəbəkə avadanlıqları haqqında biliklər.

·      Rus və İngilis dilləri arzuolunandır

·      Problemləri düzgün analiz edə bilmə bacarığı

·      İşində səliqəlilik, dəqiqlik və görülən işlərin sənədləşdirilməsi

·      Məsuliyyətlilik, dəqiqlik, operativlik

·      Ünsiyyətqurma və komandada işləmək bacarığı

 

Vəzifə öhdəlikləri:

·       İstifadəçilərdən daxil olan İT müraciətlərini qəbul etmək, təhlil etmək və operativ şəkildə həll etmək.

·       Windows əməliyyat sistemləri, Microsoft Office proqramları və digər standart proqram təminatı üzrə istifadəçilərə texniki dəstək göstərmək.

·       Standart və qeyri-standart proqram təminatında yaranan nasazlıqları araşdırmaq, diaqnostika aparmaq və həll etmək.

·       İstifadəçi hesablarının yaradılması, idarə olunması və lazımi giriş icazələrinin təmin edilməsində iştirak etmək.

·       Görülmüş işlər və həll edilmiş müraciətlər barədə məlumatları Help Desk/Ticket sistemində mütəmadi olaraq qeyd etmək və yeniləmək.

·       İT avadanlıqlarının və proqram təminatının inventar uçotunun aparılmasına dəstək vermək.

·       İT təhlükəsizliyi qaydalarına və daxili prosedurlara uyğun fəaliyyət göstərmək, məxfi məlumatların qorunmasını təmin etmək.

·       Yaranmış problemlərin kök səbəblərini müəyyən etmək, təkrarlanmaması üçün təkliflər hazırlamaq.

·       İstifadəçilərə İT xidmətləri və proqram təminatından düzgün istifadə ilə bağlı məsləhət və konsultasiya vermək.

·       Rəhbərlik tərəfindən verilən digər İT yönümlü tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.

 

Xahiş olunur mövzu hissəsində Texniki Dəstək Şöbəsinin mütəxəssisi vəzifəsini qeyd edib CV [email protected] ünvanına göndərəsiniz.

 

  • Daily24
  • Weekly595
  • Monthly2271