Vəzifə öhdəlikləri:
- Bankın potensial müştərilərini mikrokreditlər proqramına cəlb etmək məqsədilə birbaşa marketinqi həyata keçirir;
- Mikrokredit almaq üçün müraciət edən şəxslərə kredit məhsulunun şərtləri barədə məlumat verir;
- Ərizəçilər haqqında ilkin məlumatları toplayır;
- Toplanmış məlumatları təhlil edir və mümkün olan vasitələrlə yoxlayır;
- Ərizəçinin biznesinin maliyyə təhlilini həyata keçirir, mənfəət və zərər hesabatı nəticəsində aylıq ödəniş qabiliyyətini dəqiq müəyyən edir;
- Ərizəçinin fəaliyyəti ilə bağlı və ödəniş qabiliyyətinə təsir edən digər riskləri müəyyən edir.
Tələblər:
- Azərbaycan - Yüksək
- MS Office -Orta
- Ali təhsil – bakalavriat
- Sahə üzrə iş təcrübəsi: Tələb olunmur.
Biz sizə nə təklif edirik?
- Karyera inkişafı üçün əlverişli mühit;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuq tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Könüllü tibbi sığorta;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.