Analitik təhlil bölməsinin aparıcı eksperti

  • Deadline 21 Avqust 2026

Vəzifə öhdəlikləri:

  • Bankın fəaliyyət göstəricilərinin müntəzəm təhlilini aparmaq və nəticələr əsasında analitik hesabatlar hazırlamaq;
  • Strateji planın icrasına dair göstəricilərin monitorinqini həyata keçirmək və rəhbərliyə hesabatlar təqdim etmək;
  • Biznes istiqamətləri üzrə KPI-lərin hazırlanmasında və təhlilində iştirak etmək;
  • Bankın maliyyə, əməliyyat və biznes göstəricilərinin dinamikasını təhlil etmək;
  • Yeni məhsul və xidmətlərin tətbiqi üzrə biznes əsaslandırmaların (Business Case) hazırlanmasında iştirak etmək;
  • Məlumat bazalarının təhlili, məlumat keyfiyyətinin qiymətləndirilməsi və analitik modellərin hazırlanmasına dəstək vermək;
  • Dashboard və idarəetmə hesabatlarının hazırlanması və təkmilləşdirilməsində iştirak etmək;
  • Müxtəlif struktur bölmələri ilə əməkdaşlıq edərək analitik məlumatların toplanmasını və emalını təmin etmək;
  • Rəhbərlik tərəfindən verilən digər analitik və strateji tapşırıqları icra etmək.

Kompüter biliyi

  • Excel - Yüksək
  • SQL - Orta

Tələblər:

  • Ali təhsil- bakalavr
  • Təcrübə 1-5 il

Biz sizə nə təklif edirik?

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
  • Komanda quruculuq tədbirlərində iştirak imkanı;
  • İdman zallarında endirim imkanları;
  • Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
  • Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.

  • Daily39
  • Weekly413
  • Monthly2090