Vəzifə öhdəlikləri:
- Bankın fəaliyyət göstəricilərinin müntəzəm təhlilini aparmaq və nəticələr əsasında analitik hesabatlar hazırlamaq;
- Strateji planın icrasına dair göstəricilərin monitorinqini həyata keçirmək və rəhbərliyə hesabatlar təqdim etmək;
- Biznes istiqamətləri üzrə KPI-lərin hazırlanmasında və təhlilində iştirak etmək;
- Bankın maliyyə, əməliyyat və biznes göstəricilərinin dinamikasını təhlil etmək;
- Yeni məhsul və xidmətlərin tətbiqi üzrə biznes əsaslandırmaların (Business Case) hazırlanmasında iştirak etmək;
- Məlumat bazalarının təhlili, məlumat keyfiyyətinin qiymətləndirilməsi və analitik modellərin hazırlanmasına dəstək vermək;
- Dashboard və idarəetmə hesabatlarının hazırlanması və təkmilləşdirilməsində iştirak etmək;
- Müxtəlif struktur bölmələri ilə əməkdaşlıq edərək analitik məlumatların toplanmasını və emalını təmin etmək;
- Rəhbərlik tərəfindən verilən digər analitik və strateji tapşırıqları icra etmək.
Yumşaq bacarıqlar
- Məsuliyyət
- Təşəbbüskarlıq
- Biznes yönümlülük
Dil biliyi
- Azərbaycan
Kompüter biliyi
- Excel - Yüksək
- SQL - Orta
Biz sizə nə təklif edirik?
- Karyera inkişafı üçün əlverişli mühit;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuq tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.