Bank of Baku Bank of Baku
  • 377

Bank of Baku

Banks , Financial services ,

Bank proseslərinin analitika bölməsinin eksperti

Bank proseslərinin analitika bölməsinin eksperti

  • Deadline 23 June 2025

Vəzifə öhdəlikləri:

  • Core banking sistemləri üzrə daxil olan biznes tələblərinin toplanması, analiz edilməsi və texniki komandaya ötürülməsi.
  • Funksional və texniki sənədlərin hazırlanması, o cümlədən BRD, FSD, Use Case və proses xəritələrinin tərtibi.
  • İstifadəçi tələblərinin strukturlaşdırılması və onların prioritetləşdirilməsi üçün biznes sahibləri ilə sıx əməkdaşlıq.
  • “Development” və test komandaları ilə koordinasiyanın qurulması, texniki tapşırıqların aydın şəkildə ötürülməsi.
  • İstifadəçi qəbul testlərinin (UAT) təşkili, ilkin yoxlamaların (sanity check) aparılması və nəticələrin təhlili.
  • Yeni sistem funksionallıqlarının təqdimatı, istifadəçi təlimlərinin təşkili və istifadəçi dəstəyinin göstərilməsi.
  • Change request-lərin, sistem yenilənmələrinin və versiya dəyişikliklərinin izlənməsi və sənədləşdirilməsi.
  • Əlaqəli sistemlərin inteqrasiyası və məlumat axınlarının texniki və funksional tərəfdən izlənməsi və dəstəklənməsi.

Tələblər:

  • Ali təhsil (İnformasiya Texnologiyaları, Biznesin İdarə Olunması, İqtisadiyyat və ya əlaqəli sahələr).
  • Minimum 1-3 il İT və ya biznes analitik vəzifəsində iş təcrübəsi (bank və maliyyə sektoru üstünlükdür).
  • Core banking sistemləri ilə iş təcrübəsi və ya konseptual anlayış (məsələn, Flexcube, Temenos, Diasoft və s.).
  • SQL və verilənlər bazası ilə işləmə bacarığı (Oracle üstünlükdür).
  • Analitik düşüncə, strukturlaşdırma və problem həll etmə bacarıqları.
  • İT layihələrinin idarə olunması alətləri ilə təcrübə: Jira, Confluence, Visio, Draw.io və s.
  • Güclü yazılı və şifahi ünsiyyət bacarığı, komanda daxilində effektiv işləmə bacarığı.
  • Azərbaycan və İngilis dillərində sərbəst ünsiyyət bacarığı (rus dili əlavə üstünlükdür).

Biz sizə nə təklif edirik?

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
  • Komanda quruculuq tədbirlərində iştirak imkanı;
  • İdman zallarında endirim imkanları;
  • Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
  • Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
  • Könüllü tibbi sığorta;
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly0
  • Monthly2201