Vəzifə öhdəlikləri:
- Müştəri məlumatları, ödənişlər, konvertasiya və digər qeyri- bank sistemləri (Qmatic, Grafana, Jira , SAS və s.) üzrə daxil olan biznes tələblərinin toplanması, analiz edilməsi və texniki komandaya ötürülməsi..
- Funksional və texniki sənədlərin hazırlanması, o cümlədən BRD, FSD, Use Case və proses xəritələrinin tərtibi.
- İstifadəçi tələblərinin strukturlaşdırılması və onların prioritetləşdirilməsi üçün biznes sahibləri ilə sıx əməkdaşlıq.
- İnkişaf (development) və test komandaları ilə koordinasiyanın qurulması, texniki tapşırıqların aydın şəkildə ötürülməsi.
- İstifadəçi qəbul testlərinin (UAT) təşkili, ilkin yoxlamaların (sanity check) aparılması və nəticələrin təhlili.
- Yeni sistem funksionallıqlarının təqdimatı, istifadəçi təlimlərinin təşkili və istifadəçilərə dəstəyin göstərilməsi.
- Change request-lərin, sistem yeniləmələrinin və versiya dəyişikliklərinin izlənməsi və sənədləşdirilməsi.
- Əlaqəli sistemlərin inteqrasiyası və məlumat axınlarının texniki və funksional baxımdan izlənməsi və dəstəklənməsi.
Tələblər:
- Ali təhsil (İnformasiya Texnologiyaları, Biznesin İdarə Olunması, İqtisadiyyat və ya əlaqəli sahələr), texniki təhsilə üstünlük verilir.
- Minimum 1–3 il uyğun iş təcrübəsi və ya bankda həmin sahə üzrə ekspert vəzifəsində iş təcrübəsi
- Proqram təminatının hazırlanması nəzəriyyəsinə bələdlik.
- SQL və verilənlər bazası ilə işləmə bacarığı (Oracle üstünlükdür).
- İT layihələrinin idarə olunması alətləri ilə iş təcrübəsi (Jira, Confluence, Visio, Draw.io və s.).
- Azərbaycan və ingilis dillərində sərbəst ünsiyyət bacarığı (rus dili əlavə üstünlükdür).
Biz sizə nə təklif edirik?
- Karyera inkişafı üçün əlverişli mühit;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuq tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Könüllü tibbi sığorta;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.