Vəzifə öhdəlikləri:
- Bazar risklərinin müəyyənləşdirilməsi, ölçülməsi və minimallaşdırılması ilə bağlı təkliflər verilməsində və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak edir;
- Likvidlik və bazar risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə edilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi üzrə işlərin təşkili və bu prosesə nəzarətin həyata keçirilməsində iştirak edir;
- Bankın biznes siyasətinə təsir edə biləcək şok hadisələri nəzərə almaqla stress-test modellərin hazırlanması, tətbiq edilməsi və nəticələri ilə bağlı təkliflər verilməsində iştirak edir;
- Yerli və xarici qiymətli kağızlar və pul bazarları üzrə risk təhlillərinin aparılması və risklərin qiymətləndirilməsini təmin edir;
- LCR və NSFR likvidlik göstəricilərinin hesablanması, ödəniş müddətlərinin bölgüsü və likvidlik qəpi kimi təhlillərin aparılmasını təmin edir;
Tələblər:
- Təhsil- Ali
- İş təcrübəsi- 1il və daha çox (sahə üzrə)
- Dil biliyi- Azərbaycan dili- yüksək, İnglis dili- orta;
- SQL-bilikləri arzuolunandır
Biz sizə nə təklif edirik?
- Karyera inkişafı üçün əlverişli mühit;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuq tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Könüllü tibbi sığorta;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.