Bazar risklərinin idarə edilməsi şöbəsinin eksperti

  • Истекает 24 июль 2025

Vəzifə öhdəlikləri:

  • Bazar risklərinin müəyyənləşdirilməsi, ölçülməsi və minimallaşdırılması ilə bağlı təkliflər verilməsində və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak edir;
  • Likvidlik və bazar risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə edilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi üzrə işlərin təşkili və bu prosesə nəzarətin həyata keçirilməsində iştirak edir;
  • Bankın biznes siyasətinə təsir edə biləcək şok hadisələri nəzərə almaqla stress-test modellərin hazırlanması, tətbiq edilməsi və nəticələri ilə bağlı təkliflər verilməsində iştirak edir;
  • Yerli və xarici qiymətli kağızlar və pul bazarları üzrə risk təhlillərinin aparılması və risklərin qiymətləndirilməsini təmin edir;
  • LCR və NSFR likvidlik göstəricilərinin hesablanması, ödəniş müddətlərinin bölgüsü və likvidlik qəpi kimi təhlillərin aparılmasını təmin edir;

Tələblər:

  • Ali təhsil- bakalavriat
  • Sahə üzrə təcrübə - 1-3 il
  • Dil biliyi- Azərbaycan dili- yüksək,İngilis-orta
  • MS Office -orta
  • SQL-orta

Biz sizə nə təklif edirik?

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
  • Komanda quruculuq tədbirlərində iştirak imkanı;
  • İdman zallarında endirim imkanları;
  • Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
  • Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
  • Könüllü tibbi sığorta;
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily6
  • Weekly465
  • Monthly2211