Vəzifə öhdəlikləri:
- Bank üçün əhəmiyyət kəsb edən və Banka töhfə verəcək layihələrin müəyyənləşdirilməsi, mövcud layihələrin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanması istiqamətdə lazımi dəstək verir;
- Öz səlahiyyətləri daxilində, Bankın fəaliyyətinə aid məhsullar və xidmətlər barədə məlumat toplayır və təhlil edir;
- Cari hesabatların hazırlanması və vaxtında yenilənməsini təmin edir;
- Bankın strateji inkişafına yönələn layihələrin səlahiyyətləri daxilində analizini aparır;
- Qərar qəbulu və planlaşdırma prosesini dəstəkləmək məqsədilə səlahiyyətləri daxilində bazar araşdırmaları həyata keçirir;
- Maliyyə bazarlarında mövcud bazar trendlərini, müştəri ehtiyaclarını, həmçinin rəqabət mühitini analiz edir və nəticəsi barədə birbaşa rəhbərinə məlumat təqdim edir;
- Bankın strateji hədəflərinə çatması üçün lazım olan hesabatları hazırlayaraq, təhlil edir və nəticələri birbaşa rəhbərinə təqdim edir;
Tələblər:
- Ali təhsil - Bakalavriat
- Sahə üzrə 1 il və daha çox təcrübə
- Kompüter bilikləri: MS Excel - Orta, PL/SQL – Orta, Power Point – Orta
- Dil bilikləri: Azərbaycan-yüksək
Üstünlüklər:
- Karyera inkişafı üçün əlverişli mühit;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuq tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Könüllü tibbi sığorta;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Aşağıda qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.