Bank of Baku Bank of Baku
  • 270

Bank of Baku

Banks , Financial services ,

Biznesin inkişafı departamenti Optimizasiya şöbəsinin aparıcı eksperti

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Biznesin inkişafı departamenti Optimizasiya şöbəsinin aparıcı eksperti

  • Deadline 25 October 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Müştəri məmnuniyyətinin və Bankın satış (o cümlədən, çarpaz satış) imkanlarının artırılmasına, həmçinin müştərilərin Banka loyallığının təmin edilməsinə səlahiyyətləri daxilində dəstək olur;
  • Bazar ehtiyaclarını və imkanlarını müəyyən etmək üçün Bankın aidiyyəti struktur bölmələri ilə səlahiyyətləri daxilində əməkdaşlıq edərək, Bankın inkişaf məqsədlərinə uyğun olaraq, yeni məhsul və xidmətlərin müəyyənləşdirilməsinə və onların təkmilləşdirilməsinə dəstək olur;
  • Bankın səlahiyyətli idarəetmə orqanı tərəfindən təsdiq edilmiş strategiyasının həyata keçirilməsi istiqamətində fəaliyyəti səlahiyyətləri daxilində əlaqələndirir, digər struktur bölmələrlə bu istiqamətdə sıx əməkdaşlıq edir;
  • Bankın hədəflərinin yerinə yetirilməsi ilə əlaqədar layihələrin müəyyənləşdirilməsində səlahiyyətləri daxilində iştirak edir, bu layihələrə dair məlumatları əldə edir;
  • Bankın strateji planının icrasına nəzarətin effektiv təşkilini təmin edir;
  • Səlahiyyətləri daxilində, bankdaxili potensialın araşdırılmasını həyata keçirir, bank məhsulları və xidmətlərinin effektivliyini və müştəri məmnunluğunu təhlil edir;
  • Bankda məhsul və xidmətlərin satışını həyata keçirən struktur bölmələrin (vahidlərin) fəaliyyətinin təyin olunmuş performans və keyfiyyət meyarlarına uyğunluğunu qiymətləndirir və nəticələri barədə İdarə Heyətinə məlumat təqdim edir;

Tələblər:

  • Ali təhsil- Bakalavriat
  • Sahə üzrə 2 il və daha çox təcrübə
  • Kompüter bilikləri: MS Excel - Yüksək, PL/SQL – Orta, Power Point – Orta
  • Dil bilikləri: Azərbaycan-yüksək

Üstünlüklər:

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
  • Komanda quruculuq tədbirlərində iştirak imkanı;
  • İdman zallarında endirim imkanları;
  • Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
  • Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
  • Könüllü tibbi sığorta; 
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Aşağıda qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.

  • Daily114
  • Weekly321
  • Monthly227