Bank of Baku Bank of Baku
  • 586

Bank of Baku

Banks , Financial services ,

Biznesin inkişafı departmenti / Optimizasiya şöbəsinin baş eksperti

  • Истекает 16 октябрь 2024

Vəzifə öhdəlikləri:

  • Bankın səlahiyyətli idarəetmə orqanı tərəfindən təsdiq edilmiş strategiyasının həyata keçirilməsi istiqamətində fəaliyyəti səlahiyyətləri daxilində əlaqələndirmək, digər struktur bölmələrlə bu istiqamətdə sıx əməkdaşlıq etmək
  • Bankın strateji planının icra səviyyəsini müəyyən edilməsində iştirak, planın icrasına nəzarətin effektiv təşkili məqsədilə Bankın rəhbərliyinə onun icrası ilə bağlı lazımi məlumat və hesabatların verilməsini təmin etmək
  • Bankda məhsul və xidmətlərin satışını həyata keçirən struktur bölmələrin (vahidlərin) fəaliyyətinin təyin olunmuş performans və keyfiyyət meyarlarına uyğunluğunu qiymətləndirmə prosesində iştirak etmək və nəticələri barədə məlumat vermək
  • Səlahiyyətləri daxilində, bank məhsulları və xidmətlərinin effektivliyini və müştəri məmnunluğunu təhlil etmək
  • Bazar ehtiyaclarını və imkanlarını müəyyən etmək üçün Bankın aidiyyəti struktur bölmələri ilə səlahiyyətləri daxilində əməkdaşlıq etmək,
  • Bankın inkişaf məqsədlərinə uyğun olaraq, yeni məhsul və xidmətlərin müəyyənləşdirilməsinə və onların təkmilləşdirilməsinə dəstək olmaq
  • Bilavasitə rəhbəri, Sahə rəhbəri və İdarə Heyətinin sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsi, Bankın Nizamnaməsi, Departamentin Əsasnaməsi və bankın digər korporativ aktlarından irəli gələn və bu aktlarla ona həvalə edilmiş digər funksiyaları icra etmək

Tələblər:

  • Ali təhsil- İqtisadi-idarəetmə sahəsində
  • Dil biliyi- Azərbaycan dili- yüksək, 
  • Sahə üzrə iş təcrübəsi- min 3 il
  • Excel- yüksək
  • Pl/SQL –başlanğıc
  • Power point - orta

Yumşaq bacarıqlar

  • Nəticəyə yönümlülük
  • Biznes yönümlülük
  • İdarəetmə
  • Məsuliyyət
  • Qətiyyətlilik
  • Nizam intizam
  • Təşkilatı anlam

Digər şərtlər

Bank təcrübəsi olan (həm İstehlak kreditləri, həm də Mikrokreditlər yönümlü) əməkdaşlara üstünlük verilir
Biz sizə nə təklif edirik?

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
  • Komanda quruculuq tədbirlərində iştirak imkanı;
  • İdman zallarında endirim imkanları;
  • Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
  • Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
  • Könüllü tibbi sığorta;
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Aşağıda qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz. https://careers.bankofbaku.com/az/vacancies/466 

 

  • Daily114
  • Weekly321
  • Monthly227