Bank of Baku Bank of Baku
  • 576

Bank of Baku

Banks , Financial services ,

Daxili audit departamenti, Ümumi audit şöbəsi, Müfəttiş

Daxili audit departamenti, Ümumi audit şöbəsi, Müfəttiş

  • Deadline 14 December 2024

Vəzifə öhdəlikləri:

  • Mövcud proseslərin qanunvericilik və Bankdaxili qaydalar əsasında təhlili və qeydiyyatının aparılması;
  • Təsdiq olunmuş illik audit planına əsasən audit layihələrinin həyata keçirilməsində iştirak etmək;
  • Cari tariflər və qaydalar üzrə kənarlaşmaların müəyyən olunması və onların səbəblərinin araşdırılması;
  • Müvafiq proseslər üzrə risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi;
  • Müvafiq proseslər üzrə tətbiq olunmuş nəzarət tədbirlərinin effektivliyinin qiymətləndirilməsi;
  • Aparılmış yoxlamalara dair hesabatların hazırlanması;
  • DAD fəaliyyətinin qaydalarına uyğun olaraq audit fəaliyyətinin həyata keçirilməsi;
  • Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələrin həyata keçirilməsi;
  • DAD Əsasnaməsindən irəli gələn və bu vəzifə öhdəliklərinə zidd olmadan DAD rəhbərinin ona həvalə etmiş olduğu digər işlərin görməsi.

Tələblər:

  • Ali təhsil (iqtisadi və ya hüquqi);
  • Daxili audit, risklərin idarəolunması, daxili nəzarət və oxşar sahələrdə minimum 1 il iş təcrübəsi;
  • Audit üzrə yerli və beynəlxalq qanunvericilik, beynəlxalq audit standartları üzrə biliklər arzuolunandır.
  • Analitik düşünmə qabiliyyəti olmalı, riyazi və məntiqi təfəkkürə malik olmalı;
  • Məsuliyyətlilik və özünütənqid qabiliyyəti olmalı;
  • Yüksək qavrama, öyrənmə və insanları inandırma qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, İngilis dili arzuolunandır;
  • Microsoft Office (MS Excel,Word və s.) proqramlarında əla səviyyədə işləmək bacarığı, SQL bilikləri (arzu olunandır).

Üstünlüklər:

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
  • Komanda quruculuq tədbirlərində iştirak imkanı;
  • İdman zallarında endirim imkanları;
  • Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
  • Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
  • Könüllü tibbi sığorta; 
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Aşağıda qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz:

  • Daily0
  • Weekly253
  • Monthly1930