Vəzifə öhdəlikləri:
- Yeni hesabatların hazırlanması və mövcud hesabatların dəyişən biznes tələblərinə uyğun şəkildə optimallaşdırılması;
- Hesabatların qurulması üçün verilənlər bazası arxitekturasının dizaynı və effektiv həllərin tətbiqi;
- Məlumatların vizual analizi və müxtəlif alətlərlə (Power BI, Tableau və s.) təqdim olunması;
- SQL və PL/SQL dillərində performanslı sorğuların yazılması və optimallaşdırılması;
- Komanda ilə effektiv əməkdaşlıq və bilik paylaşımı mühitinin təşviqi;
- Böyük həcmli məlumatlar əsasında sürətli və dəqiq hesabatlıq üçün yüksək performanslı sorğuların hazırlanması.
Tələblər:
- Ali təhsil (müvafiq texniki və ya iqtisadi sahələr üzrə üstünlükdür);
- Oracle SQL və PL/SQL üzrə güclü biliklər və praktiki təcrübə;
- Oracle BI alətləri ilə məlumatların vizuallaşdırılması bacarığı;
- Problemlərin operativ və effektiv həlli bacarığı;
- Bank sistemləri və bank terminologiyası üzrə məlumatlılıq;
- İngilis və rus dillərində texniki sənədləri anlama və fikrini ifadəetmə bacarığı;
- İxtisas sahəsinə uyğun texniki və analitik mövzuların məzmununu qavrama və izah etmək bacarığı
Dil biliyi
- Azərbaycan - Yüksək
Biz sizə nə təklif edirik?
- Karyera inkişafı üçün əlverişli mühit;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuq tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Könüllü tibbi sığorta;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Müraciət et butonunda qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.