Vəzifə öhdəlikləri:
- Bölmənin fəaliyyətinə rəhbərlik edir və bölmənin fəaliyyəti üzrə işlərin keyfiyyətli və vaxtında icra olunmasına cavabdehlik daşıyır;
- Bilavasitə şöbə müdirinə tabe olur, onunla işləyir və ona həftəlik və aylıq hesabat verir
- Bölmənin icraatında olan işləri təhlil edir və işlərin xarakterinə uyğun görülməli olan işləri müəyyən edir;
- Bölmənin icraatında olan işlər üzrə banka daxil olan məktubların və e-maillərin cavablandırılmasına nəzarət edir;
- Şöbənin təlimatına və rəhbərliyin sərəncamlarına uyğun olaraq işlərin məhkəməyə (kiçik iddia və ya ümumi iddia formasında) yoxsa notariusa göndəriləcəyini müəyyənləşdirir;
- Notariusların elektron qaydada verdiyi icra qeydlərinin vaxtında alınmasına nəzarət edir;
- Məhkəməyə müraciət etmək üçün borcluların qeydiyyat ünvanlarını müəyyənləşdirmək məqsədilə aidiyyatı dövlət orqan(lar)ına müvafiq sorğular verir;
- Məhkəməyə/notariusa müraciət etmək üçün xüsusi proqram vasitəsilə işlərin icraatına uyğun məbləğlərdə dövlət rüsumu ödəyir;
- Məhkəməyə müraciət etmək üçün bəzi işlər üzrə məhkəməyə qədər hər hansı hüquqi tədbirlərin görülməsi ilə bağlı qanunvericilikdə və ya müqavilədə başqa tələblər olarsa (pretenziya qaydasına riayət etmə, bildirişin göndərilməsi, bildirişin qeydiyyata alınması və s.) həmin işlərin görülməsinə nəzarət edir;
Tələblər:
- Təhsil- Ali
- İş təcrübəsi- 3-5il (sahə üzrə)
- Dil biliyi- Azərbaycan dili- yüksək,
- MS office –orta;
Biz sizə nə təklif edirik?
- Karyera inkişafı üçün əlverişli mühit;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuq tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Könüllü tibbi sığorta;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Aşağıda qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.