Vəzifə öhdəlikləri:
- Banka daxil olan şikayət, ərizə və təkliflərin baxılması, araşdırılması və cavablandırılmasını həyata keçirir;
- Müraciətlərin araşdırılması məqsədilə aidiyyəti struktur bölmələrlə operativ məlumat mübadiləsi aparır, sorğular verir, aidiyyəti sənədləri tələb edir, onlardan yazılı və şifahi arayışlar və məlumatlar alır;
- Müraciətin xarakterindən asılı olaraq, istehlakçılarla şifahi danışıqlar aparılması və görüşlər təşkil edilməsi, məsləhət və izahatlar verilməsini təmin edir;
- İstehlakçılardan daxil olan müraciətlərin araşdırılması istqiamətində tədbirlər həyata keçirilməsi və Bankda yaradılmış xüsusi bölməyə daxil olan müraciətlərin reyestrdə qeydiyyatının aparılması;
- Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir;
- Bilavasitə rəhbəri, sahə rəhbəri və İdarə Heyətinin sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əssnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.
Tələblər:
- Ali təhsil
- İş təcrübəsi tələb olunmur
- Problem həll etmə və analiz bacarıqları;
- Məsuliyətlilik, diqqətlilik.
Biz sizə nə təklif edirik?
- Karyera inkişafı üçün əlverişli mühit;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuq tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Könüllü tibbi sığorta;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.