Bank of Baku Bank of Baku
  • 180

Bank of Baku

Banks , Financial services ,

Keyfiyyətin təminatı bölməsinin aparıcı eksperti ( QA Engineer)

Keyfiyyətin təminatı bölməsinin aparıcı eksperti ( QA Engineer)

  • Deadline 19 April 2025

Vəzifə öhdəlikləri:

  • Test planlarını nəzərdən keçirmək və onlara töhfə vermək;
  • Tələbləri, istifadəçi hekayələrini və qəbul meyarlarını, spesifikasiyaları və test əsaslarını təhlil etmək, nəzərdən keçirmək və qiymətləndirmək;
  • Test ssenariləri və test prosedurlarını dizayn etmək və həyata keçirmək;
  • Təfərrüatlı test icrası cədvəlini yaratmaq;
  • Testləri yerinə yetirmək, nəticələri qiymətləndirmək və gözlənilən nəticələrdən kənarlaşmaları sənədləşdirmək;
  • Testin gedişatı hesabatlarının və test xülasə hesabatlarının hazırlanmasında iştirak etmək;
  • Test prosesini asanlaşdırmaq üçün müvafiq alətlərdən istifadə etmək;
  • Lazım olduqda testləri avtomatlaşdırmaq (Avtomatlaşdırma mütəxəssisləri tərəfindən dəstək görsədilə bilər).

Tələblər:

  • Ali təhsil (informasiya texnologiyaları, iqtisadiyyat sahələri üzrə olmaqla);
  • Müvafiq sahə üzrə ən azı 1 illik davamlı iş təcrübəsi;
  • Azərbaycan dili (İngilis, Rus dili - arzuolunan);
  • Proqram təminatı testi üzrə biliklər;
  • Proqram və sistemlərin memari cəhətləri haqqında biliklərə sahib olmaq, onların iş prinsiplərini anlamaq, müxtəlif alət və texnologiyaların təyinatlarını başa düşmək və onlardan istifadə etmək;
  • Texniki sənədlərlə işləmə bacarığı;

Biz sizə nə təklif edirik?

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
  • Komanda quruculuq tədbirlərində iştirak imkanı;
  • İdman zallarında endirim imkanları;
  • Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
  • Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
  • Könüllü tibbi sığorta;
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.

  • Daily15
  • Weekly423
  • Monthly1616