Bank of Baku Bank of Baku
  • 417

Bank of Baku

Banks , Financial services ,

Korporativ kreditlərin təhlili bölməsinin ekspert / aparıcı ekspert / baş eksperti

Korporativ kreditlərin təhlili bölməsinin ekspert / aparıcı ekspert / baş eksperti

  • Deadline 14 December 2024

Vəzifə öhdəlikləri:

  • Müştərinin təqdim etdiyi məlumatların yoxlanılması məqsədilə KOS və korporativ müştərilərin biznes obyektlərinə baxışın keçirilməsi;
  • KOS və korporativ layihələr üzrə maliyyə təhlilin aparılması;
  • Müştərinin fəaliyyəti və təklif olunan əmlak təminatı (girov predmeti) haqqında fotomaterialların hazırlanması;
  • Aparılan ilkin təhlilin nəticələrinə əsasən kredit müraciətinə baxılmasının məqsədəuyğunluğu barədə fikir bildirmək;
  • Kreditin strukturlaşdırmasına, kredit memorandumunun və müvafiq sənədlərin və digər müşayiətedici materialların hazırlanması;
  • Kredit təhlili zamanı Bankın ekspert bölmələri ilə qarşılıqlı əlagələri;
  • Bankın KOS və korporativ müştəriləri ilə kredit əməliyyatlarının monitorinqi prosedurunu tənzimləyən Bankın daxili sənədinə uyğun olaraq monitorinqin aparılması;
  • KOS və Korporativin yüksək keyfiyyətli və gəlirli kredit portfelinin formalaşmasına nəzarət etmək;
  • KOS və korporativ müştərilərin kreditləşməsinə dair Təlimatda göstərilən qayda və prosedurlara uyğun sənədlərinin vaxtında və lazımi səviyyədə icrasını təmin etmək;

Tələblər:

  • Ali təhsil tələb olunur.
  • Sahə üzrə iş təcrübəsi- 2 ildən yuxarı
  • Dil bilikləri: Azərbaycan - Yüksək, Rus- Orta, 
  • MS Office – Orta

Biz sizə nə təklif edirik?

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
  • Komanda quruculuq tədbirlərində iştirak imkanı;
  • İdman zallarında endirim imkanları;
  • Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
  • Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
  • Könüllü tibbi sığorta;
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı

Aşağıda qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.

  • Daily0
  • Weekly253
  • Monthly1930