Bank of Baku Bank of Baku

Məhkəmə və icra işləri üzrə hüquq departamenti, Bakı icra bölməsinin hüquqşünası

Məhkəmə və icra işləri üzrə hüquq departamenti, Bakı icra bölməsinin hüquqşünası

  • Deadline 9 İyul 2026

Vəzifə öhdəlikləri:

  • Bankın icra icraatı zamanı təmsil edilməsini həyata keçirir.
  • Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icraya yönəlməsini təmin edir.
  • Məhkəmə icraçıları ilə əməkdaşlıq edərək qərarların icra olunması işini təşkil edir.
  • Axtarışda olan işlərlə bağlı daxili işlər orqanları və digər hüquq mühafizə orqanları ilə münasibətdə Bankı təmsil edir.
  • İcraatda olan işlərlə bağlı banka daxil omuş vəsaitlərin aidiyyatı üzrə köçürülməsi üçün müvafiq tədbirlər görür.
  • İşləri icra mərhələsində olan müştərilərlə bağlı məlumat bazası yaradır və aidiyyatı bölmələri tələb olunan məlumatlarla təmin edir.
  • İcra məmurlarından Banka daxil olmuş qərarlara,məktub və sorğulara baxır və müvafiq tədbirlər görür.
  • Icraatında olan işlər üzrə müvafiq şikayət, ərizə və məktubları hazırlayır;
  • Baş hüquqşünas(lar)ın və aparıcı hüquqşünas(lar)ın iş ilə bağlı tövsiyələrinə əməl edir.
  • Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir.
  • Bilavasitə rəhbəri, sahə rəhbəri və İdarə Heyəti sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, filialın Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.

Tələblər:

  • Ali təhsil – Hüquq sahəsi üzrə
  • Sahə üzrə iş təcrübəsi -1 il
  • Dil biliyi: Azərbaycan - Yüksək

​​​​​​​Digər şərtlər

  • Vəzifələrini həyata keçirən zaman ortaya çıxan vacib məsələlər barədə subordinasiya qaydalarına uyğun olaraq bilavasitə rəhbərinə müraciət edir və məsələlərin həlli istiqamətində onunla əməkdaşlıq edir
  • Əmək fəaliyyəti prosesində Bankın struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməməlidir.
  • Sahə üzrə ali təhsil tələbi mütləqdir.

​​​​​​​​​​​​​​​​​​​​​Biz sizə nə təklif edirik?

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
  • Komanda quruculuq tədbirlərində iştirak imkanı;
  • İdman zallarında endirim imkanları;
  • Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
  • Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
  • Könüllü tibbi sığorta;
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.

  • Daily1
  • Weekly301
  • Monthly1026