Bank of Baku Bank of Baku
  • 151

Bank of Baku

Banks , Financial services ,

Mikrokreditlər bölməsinin baş eksperti (Yeni Gəncə filialı)

  • Истекает 8 ноябрь 2025

Vəzifə öhdəlikləri:

  • Bankın potensial müştərilərini mikrokreditlər proqramına cəlb etmək məqsədilə birbaşa marketinqi həyata keçirir;
  • Mikrokredit almaq üçün müraciət edən şəxslərə kredit məhsulunun şərtləri barədə məlumat verir;
  • Ərizəçilər haqqında ilkin məlumatları toplayır;
  • Toplanmış məlumatları təhlil edir və mümkün olan vasitələrlə yoxlayır;
  • Ərizəçinin biznesinin maliyyə təhlilini həyata keçirir, mənfəət və zərər hesabatı nəticəsində aylıq ödəniş qabiliyyətini dəqiq müəyyən edir;
  • Ərizəçinin fəaliyyəti ilə bağlı və ödəniş qabiliyyətinə təsir edən digər riskləri müəyyən edir;
  • Analitik formulyar tərtib edir və doldurur. Ərizəçinin fəaliyyəti ilə bağlı olan bütün zərüri sənədlərin əslini və ya surətini formulyara əlavə edir;
  • Kreditin verilməsi ilə bağlı təklif hazırlayır , kredit işini Xidmət qurumunun kredit komitısinə/Xidmət qurumunun kiçik kredit komitəsinə(bundan sonra”XQKK/XQKKK”) və Anderraytinq şöbəsinə təqdim edir;
  • XQKK/XQKKK-də iştirak edir;
  • XQKK/XQKKK-də təsdiq edilmiş kreditin verilməsi şərtlərinin yerinə yetirilməsinə nəzarət edir, iş sıxlığını nəzərə alaraq lazım gəldikdə kreditləri özü sənədləşdirir;
  • İdarə etdiyi və ya ona təhkim edilmiş kredit portfelinin artımına və keyfiyyətinə nəzarət edir;
  • İş təcrübəsinə əsasən Bank tərəfindən müəyyən olunmuş hədəfləri yerinə yetirir;
  • Bankdaxili qaydalara əsasən mütəmadi olaraq borclunun biznesinin monitorinqini həyata keçirir.
  • Bankın daxili qaydalara və işguzar adətlərə əsasən öz vəzifələrini məsuliyyətlə yerinə yetirir, əmək intizamına, davamiyyətə və geyim qaydalarına riayət edir;
  • Bölmə rəhbəri olmadığı təqdirdə filialın Mikrokreditlər bölməsində yaranmış problemlərin həll edilməsi prosesinə nəzarət edir;
  • Bankın daxili qaydalarına əsasən, problemli kreditləri təqib edir, müştərilər və zaminlərlə görüşlər keçirir;
  • Filialın Mikrokreditlər bölməsinin əməkdaşlarını Iştirak etdiyi təlimlərdə əldə etdiyi zəruri bilgilərlə məlumatlandırır;
  • Filial direktorunun Mikrokreditlər üzrə müavini/Mikrokreditlər üzrə bölmə rəhbəri olmadıqda filialın Mikrokreditlər bölməsi ilə bağlı daxil olan sorğu və hesabatların vaxtında icra edilməsini təmin edir, Filial direktorunun və Mikrokreditlər Departamentinin sorğularına əsasən müəyyən hesabatlar hazırlayır;
  • Bank tərəfinfən verilmiş etibarnaməyə əsasən müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Bankı Dövlət orqanları qarşında təmsil edir;
  • İmzalanmış iltizama əsasən bank və kommersiya sirrinin qorunmasına əməl edir;
  • Mərkəzi kredit reyestrində ərizəçilərin yoxlanılmasının bankdaxili prosedurlara əsasən həyata keçiririr;
  • Mikrokreditlər bölməsinə cəlb edilən təcrübəçilərin hazırlanmasında, onların praktika müddətində nəzəri və praktiki biliklərinin artırılmasında bilavasitə iştirak edir;
  • Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir.
  • Bilavasitə rəhbəri, sahə rəhbəri və İdarə Heyətinin sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.

Tələblər:

  • Ali təhsil- bakalavriat
  • Dil biliyi- Azərbaycan dili- yüksək, 
  • MS Office proqramları ilə işləmə bacarığı;

Biz sizə nə təklif edirik?

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
  • Komanda quruculuq tədbirlərində iştirak imkanı;
  • İdman zallarında endirim imkanları;
  • Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
  • Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
  • Könüllü tibbi sığorta;
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Müraciət Et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.

  • Daily0
  • Weekly107
  • Monthly1124