Bank of Baku Bank of Baku

Bank of Baku

Banks , Financial services ,

Mikrokreditlər bölməsinin eksperti (Xaçmaz filialı)

  • Истекает 8 январь 2026

Vəzifə öhdəlikləri:

  • Bankın potensial müştərilərini mikrokreditlər proqramına cəlb etmək məqsədilə birbaşa marketinqi həyata keçirir;
  • Mikrokredit almaq üçün müraciət edən şəxslərə kredit məhsulunun şərtləri barədə məlumat verir;
  • Ərizəçilər haqqında ilkin məlumatları toplayır;
  • Toplanmış məlumatları təhlil edir və mümkün olan vasitələrlə yoxlayır;
  • Ərizəçinin biznesinin maliyyə təhlilini həyata keçirir, mənfəət və zərər hesabatı nəticəsində aylıq ödəniş qabiliyyətini dəqiq müəyyən edir;;;
  • Ərizəçinin fəaliyyəti ilə bağlı və ödəniş qabiliyyətinə təsir edən digər riskləri müəyyən edir;
  • Analitik formulyar tərtib edir və doldurur. Ərizəçinin fəaliyyəti ilə bağlı olan bütün zərüri sənədlərin əslini və ya surətini formulyara əlavə edir;
  • Kreditin verilməsi ilə bağlı təklif hazırlayır və kredit işini Xidmət qurumunun kredit komitısinə/Xidmət qurumunun kiçik kredit komitəsinə(bundan sonra”XQKK/XQKKK”) təqdim edir;
  • XQKK/XQKKK-də iştirak edir;
  • XQKK/XQKKK-də təsdiq edilmiş kreditin verilməsi şərtlərinin yerinə yetirilməsinə nəzarət edir, iş sıxlığını nəzərə alaraq lazım gəldikdə kreditləri özü sənədləşdirir;

Tələblər:

  • Ali təhsil- İqtisadi-idarəetmə sahəsində
  • Dil biliyi- Azərbaycan dili- yüksək, Rus dili- orta
  • MS Office proqramları ilə işləmə bacarığı;

Biz sizə nə təklif edirik?

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
  • Komanda quruculuq tədbirlərində iştirak imkanı;
  • İdman zallarında endirim imkanları;
  • Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
  • Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
  • Könüllü tibbi sığorta;
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Müraciət Et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.

  • Daily11
  • Weekly610
  • Monthly1178