Vəzifə öhdəlikləri:
- Bankın potensial müştərilərini mikrokreditlər proqramına cəlb etmək məqsədilə birbaşa marketinqi həyata keçirir;
- Mikrokredit almaq üçün müraciət edən şəxslərə kredit məhsulunun şərtləri barədə məlumat verir;
- Ərizəçilər haqqında ilkin məlumatları toplayır;
- Toplanmış məlumatları təhlil edir və mümkün olan vasitələrlə yoxlayır;
- Ərizəçinin biznesinin maliyyə təhlilini həyata keçirir, mənfəət və zərər hesabatı nəticəsində aylıq ödəniş qabiliyyətini dəqiq müəyyən edir;;;
- Ərizəçinin fəaliyyəti ilə bağlı və ödəniş qabiliyyətinə təsir edən digər riskləri müəyyən edir;
- Analitik formulyar tərtib edir və doldurur. Ərizəçinin fəaliyyəti ilə bağlı olan bütün zərüri sənədlərin əslini və ya surətini formulyara əlavə edir;
- Kreditin verilməsi ilə bağlı təklif hazırlayır və kredit işini Xidmət qurumunun kredit komitısinə/Xidmət qurumunun kiçik kredit komitəsinə(bundan sonra”XQKK/XQKKK”) təqdim edir;
- XQKK/XQKKK-də iştirak edir;
- XQKK/XQKKK-də təsdiq edilmiş kreditin verilməsi şərtlərinin yerinə yetirilməsinə nəzarət edir, iş sıxlığını nəzərə alaraq lazım gəldikdə kreditləri özü sənədləşdirir;
Tələblər:
- Ali təhsil- İqtisadi-idarəetmə sahəsində
- Dil biliyi- Azərbaycan dili- yüksək, Rus dili- orta
- MS Office proqramları ilə işləmə bacarığı;
Biz sizə nə təklif edirik?
- Karyera inkişafı üçün əlverişli mühit;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuq tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Könüllü tibbi sığorta;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Müraciət Et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.