Bank of Baku Bank of Baku
  • 237

Bank of Baku

Banks , Financial services

Performans dəyərləndirmə bölməsinin eksperti

  • Deadline 14 June 2026

Vəzifə funksiyaları

  • Bankdaxili performans qiymətləndirmə sistemində Əsas Fəaliyyət Göstəricilərinin (ƏFG/KPI) toplanması, təhlili və sistemə daxil edilməsində digər struktur bölmələrlə koordinasiyanı təmin etmək;
  • Performans idarəetmə prosesinin gedişatını izləmək, sınaq müddəti olan əməkdaşların dəyərləndirmə formalarının vaxtında tamamlanmasına nəzarət etmək;
  • Yüksək potensiallı işçilərin inkişaf planlarının sənədləşdirilməsinə və icrasına nəzarət etmək;
  • Səriştəlilik modelinin və dərəcələndirmə sisteminin tətbiqi prosesində məlumat bazasını idarə etmək; 
  • Attestasiya, müsahibə və peşəkarlıq yoxlanış tədbirlərinin yüksək səviyyədə təşkilini koordinasiya etmək.
  • Məlumat bazaları ilə işləmə
  • Excel-də dinamik Dashboard-ların (idarəetmə panelləri) hazırlanması.

Vəzifəyə dair tələblər

  • Təhsil: Ali təhsil (İqtisadiyyat və ya menecment sahəsi arzuolunandır). 
  • Təcrübə: İnsan resursları və ya performansın idarəedilməsi sahəsində 1-3 il iş təcrübəsi 
  • Dil bilikləri: Azərbaycan dilini mükəmməl bilmək, ingilis dili biliyi intermediate
  • Texniki bacarıqlar: MS Office (xüsusilə Excel) proqramlarından peşəkar səviyyədə istifadə bacarığı.
  • Yumşaq bacarıqlar: Analitik düşüncə və detallara diqqət, kommunikasiya və əməkdaşlıq, nəticəyönümlülük və zamanın idarə edilməsi, problem həll etmə və adaptasiya

Biz sizə nə təklif edirik?

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
  • Komanda quruculuq tədbirlərində iştirak imkanı;
  • İdman zallarında endirim imkanları;
  • Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
  • Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
  • Könüllü tibbi sığorta;
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily7
  • Weekly579
  • Monthly1385