Vəzifənin Xülasəsi
- Bu vəzifə təşkilatın strateji hədəflərinə çatmasını dəstəkləmək məqsədilə işçi performansının ölçülməsi, testləşdirmə sistemlərinin idarə edilməsi və data əsaslı qərarların qəbulunu təmin edir. HRBP biznes vahidləri ilə sıx əməkdaşlıq edərək güclü performans mədəniyyətinin formalaşdırılmasına töhfə verir.
Əsas Vəzifə Öhdəlikləri
- Dövri performans dəyərləndirmə proseslərinin (KPI, OKR və ya kompetensiya əsaslı) başdan sona planlaşdırılması və icrası
- Performans nəticələrinin təhlili, hesabatların hazırlanması və nəticələrə əsaslanan inkişaf planlarının formalaşdırılmasında iştirak
- Mentorluq proqramlarının təşkili, effektivliyinin artırılması üzrə təkliflərin verilməsi və mentorların dövri qiymətləndirilməsi
- Daxili sorğuların (işçi məmnuniyyəti, bağlılıq və s.) dizaynı, icrası, hesabatlılığı və analitik təhlili
- İnsan resursları metriklərinin (turnover, performance spread, cost per hire və s.) izlənilməsi və nəticələrə uyğun həll yollarının təklif edilməsi
- Struktur bölmə rəhbərləri ilə mütəmadi məsləhətləşmələr apararaq biznes ehtiyaclarının müəyyənləşdirilməsi
Namizədə dair Tələblər
Təhsil və Təcrübə
- Təhsil: İqtisadiyyat, Menecment və ya müvafiq sahə üzrə ali təhsil
- Təcrübə: İnsan Resursları sahəsində minimum 2–5 il iş təcrübəsi (Performans İdarəetməsi və ya HRBP təcrübəsi üstünlükdür)
- Sertifikatlar: SHRM, HRCI və ya digər beynəlxalq İR sertifikatları üstünlük hesab olunur
Texniki Bacarıqlar
- Dil bilikləri: Azərbaycan dili – əla, İngilis dili – əla, Rus dili – orta
- MS Office proqramları, xüsusilə MS Excel üzrə yüksək səviyyədə bilik
- Güclü analitik düşünmə və data əsaslı problem həll etmə bacarığı
Yumşaq Bacarıqlar
- Nəticəyönümlülük
- Biznes yönümlü düşüncə
- Detallara diqqət
- Effektiv əməkdaşlıq bacarığı
Biz sizə nə təklif edirik?
- Karyera inkişafı üçün əlverişli mühit;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuq tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Könüllü tibbi sığorta;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Müraciət Et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.