Bank of Baku Bank of Baku

Planlaşdırma və effektivliyin ölçülməsi bölməsinin baş eksperti (FİED)

Planlaşdırma və effektivliyin ölçülməsi bölməsinin baş eksperti (FİED)

  • Истекает 5 апрель 2026

Vəzifə öhdəlikləri:

  • Zəruri hallarda, MXD/filiallarda istehlak/ipoteka kreditləri və qeyri-kredit məhsullarının (xidmətlərinin) birbaşa satışı və dəstəyi ilə məşğul olan struktur vahidlər üzrə iş yükünün müəyyən edilməsi zamanı nəzərə alınan normativlərin monitorinqinin aparılmasını və yeni normativlərin müəyyənləşdirilməsini təmin edir;
  • MXD/filiallarda istehlak/ipoteka kreditlərinin rəsmiləşdirilməsi zamanı Bankın əməliyyat proqramına (BƏP) müştərilərlə bağlı daxil edilmiş bütün məlumatların düzgün əks etdirilməsinə nəzarət edir, həmçinin BƏP-də göstərilməyən iş yerləri barədə MXD/filiallardan daxil olan məlumat və sənədləri yoxlamaqla yeni iş yerlərinin BƏP-ə daxil edilməsini təmin edir;
  • Qeyri-iş günləri ərzində MXD/filialların iş rejimi, bölmələr üzrə işə cəlb edilməli olan işçilərin sayı ilə bağlı MXD/filialları və digər aidiyyəti struktur bölmələri məlumatlandırır və iş rejimində edilən dəyişikliklərin rəsmiləşdirilməsi ilə bağlı lazımi tədbirləri görür;
  • MXD/filialların Xidmət və Xüsusi əhəmiyyət kəsb edən müştərilərə xidmət bölmələrinin əməkdaşları üzrə bonus göstəricilərinə dair hesabat hazırlayır və onların yekun göstəriciləri üzrə, bankdaxili aidiyyəti korporativ aktlara uyğun olaraq bonusların hesablanmasını təmin edir;
  • Bölməyə aid olan digər hesabatları edir;
  • Bölmədə gündəlik iş zamanı istifadə edilən sənədlərin arxivləşdirilməsini təmin edir;
  • Bölməyə aid olan gündəlik cari işləri görür;
  • Filialların işinin təşkilini yaxşılaşdırmaq məqsədilə digər işlər görür.

Tələblər:

  • Ali təhsil – bakalavriat
  • Sahə üzrə iş təcrübəsi -3-4 il
  • Dil biliyi: Azərbaycan - Yüksək
  • Kompüter biliyi
  • MS office və SQL- Yüksək

Biz sizə nə təklif edirik?

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
  • Komanda quruculuq tədbirlərində iştirak imkanı;
  • İdman zallarında endirim imkanları;
  • Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
  • Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
  • Könüllü tibbi sığorta;
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.

  • Daily0
  • Weekly473
  • Monthly476