Vəzifə öhdəlikləri:
- Biznes bölmələri ilə əməkdaşlıq edərək biznes tələblərinin toplanması, analiz edilməsi və texniki spesifikasiyalara (BRD, FRD, SRS) çevrilməsi;
- Core Banking, kart sistemləri, ödəniş sistemləri və digər bank platformaları üzrə funksional analizlərin aparılması;
- Sistem inteqrasiyaları və API-lər üzrə texniki tələblərin hazırlanması (REST / SOAP);
- UML, BPMN, Use Case və Sequence diaqramlarının hazırlanması;
- Database strukturlarının və məlumat modellərinin (ERD) analiz edilməsi, məlumat axınlarının təsvir edilməsi;
- İnkişaf komandası ilə birlikdə texniki həllərin hazırlanmasında iştirak və implementasiyanın tələblərə uyğunluğunun təmin edilməsi;
- Test və UAT mərhələlərində iştirak, nəticələrin analiz edilməsi.
Tələblər:
- Ali təhsil- bakalavriat
- Sahə üzrə iş təcrübəsi- 2 - 3 il
Biz sizə nə təklif edirik?
- Karyera inkişafı üçün əlverişli mühit;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuq tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Könüllü tibbi sığorta;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.