Vəzifə öhdəlikləri:
- Bankın müvafiq məlumat bazasından əldə etdiyi hesabatlar əsasında təhlil və araşdırmaların aparılmasında iştirak edir;
- Bankın informasiya sistemi və ya texnologiyaları üzrə rislərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi tətbiqində iştirak etmək;
- İT risk insidentləri üzrə səbəb təhlillərinin aparılması və uyğun nəzarət mexanizmlərinin müəyyənləşdirilməsində iştirak etmək;
- İT riskləri üzrə risk xəritəsinə əlavələrin edilməsi, biznes proseslərin təhlili, risk faktorlarının aşkar edilməsi və qiymətləndirilməsi prosesində iştirak etmək;
- Biznes proseslərinin İT risklərə məruz qalma dərəcəsinin müəyyən edilməsi, ölçülməsi və monitorinqinin həyata keçirilməsində iştirak etmək;
- İT üzrə əsas risk indikatorlarının müəyyənləşdirilməsi və tətbiqində iştirak etmək;
- Daxili insidentlər, əməliyyat riskləri, sistemdə dayanmalar haqqında struktur bölmələrdən məlumatların əldə olunması və səbəblərin araşdırılmasında iştirak etmək;
- İT risk və insidentlərin idarə edilməsi sisteminin təşkilində iştirak etmək;
- İT riskləri üzrə stress testlərin keçirilməsi və ssenari analizlərinin aparılmasında iştirak etmək.
Tələblər:
- Ali təhsil
- Sahə üzrə iş təcrübəsi- 1-2 il
Dil biliyi:
- Azərbaycan - Yüksək
Kompüter biliyi:
- MS Word – Yüksək
- MS Excel – Yüksək
- SQL - Yaxşı
Biz sizə nə təklif edirik?
- Karyera inkişafı üçün əlverişli mühit;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuq tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Könüllü tibbi sığorta;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Aşağıda qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.