Vəzifə öhdəlikləri:
- Bankın əsas proqram təminatlarının inkişaf etdirilməsi və optimallaşdırılması;
- Yeni layihələrin mövcud sistemlərə inteqrasiya olunması və tətbiqinin təmin edilməsi;
- Mövcud sistemlərdə dəyişiklik və təkmilləşdirmələrin həyata keçirilməsi;
- Proqram təminatında yaranmış texniki problemlərin müəyyənləşdirilməsi və aradan qaldırılması;
- Texniki tapşırıqlara uyğun olaraq proqram komponentlərinin layihələndirilməsi və hazırlanması;
- Java proqramlaşdırma dili və əlaqədar texnologiyalardan istifadə etməklə proqram təminatının hazırlanması və test olunması;
Tələblər:
- Sahə üzrə 2 il və daha çox iş təcrübəsi
- Ali təhsil- bakalavriat
- Java proqramlaşdırma dili üzrə əsas biliklər (OOP prinsipləri, class, inheritance, exception handling və s.);
- Java SE ilə sadə konsol və ya veb tətbiqlərin hazırlanması təcrübəsi;
- Spring Framework (xüsusilə Spring Boot) haqqında ilkin biliklər;
- Verilənlər bazası ilə işləmə üzrə baza səviyyəsində biliklər (SQL sorğuları, əsasən Oracle);
- Sadə REST API-lərin istifadəsi və yaradılması üzrə anlayış;
- IDE-lərdən (IntelliJ IDEA, Eclipse və s.) istifadə bacarığı;
- Əsas debugging və log oxuma bacarığı;
Biz sizə nə təklif edirik?
- Karyera inkişafı üçün əlverişli mühit;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuq tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Könüllü tibbi sığorta;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.