Bank of Baku Bank of Baku

Bank of Baku

Banks , Financial services ,

Şəbəkənin idarə edilməsi şöbəsinin aparıcı eksperti

Şəbəkənin idarə edilməsi şöbəsinin aparıcı eksperti

  • Deadline 7 December 2025

Vəzifə öhdəlikləri:

  • Şəbəkə avadanlıqlarının inzibatçılığı üzrə işlərin icrası;
  • Şəbəkənin inkişafı və istifadə səmərəliyinin artırılması məqsədilə işlərin icrası;
  • Şəbəkə infrastrukturunda zəif nöqtələrin müəyyən edilməsi və kritik (fövqəladə) hadisələrə vaxtında reaksiyanın verilməsi;
  • LAN/WAN şəbəkələrinin quraşdırılması və yaranan bütün problemlərin aradan qaldırılması;
  • Şəbəkə avadanlıqlarının funksionallığının artırılması;
  • Router, Switch, Wireless Controller və Access Point-lərin Bankın təhlükəsizlik standartlarına uyğun olaraq konfiqurasiya edilməsi;
  • Şəbəkə avadanlıqlarının ehtiyat nüsxələrinin çıxarılması və arxivləşdirilməsi;
  • Şəbəkə problemlərini müəyyən edib həll etmək;
  • Monitorinq sistemi vasitəsilə infrastruktur elementlərinin konfiqurasiyası və monitorinqin aparılması;
  • Şəbəkə yüklənməsinin və trafikin optimallaşdırılması;
  • Şəbəkənin dayanıqlılığı və fasiləsiz işləməsini təmin etmək;
  • İnformasiya texnologiyaları siyasəti barədə təkliflər vermək;
  • Əmək müqaviləsi və departamentin Əsasnaməsindən irəli gələn başqa funksiyaların icra edilməsi;
  • Şirkətə aid məlumatların məxfiliyinə dair məsuliyyət daşımaq;
  • Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən şifahi və yazılı tapşırıqları icra etmək;
  • Hadisələr və ya nasazlıqlar haqqında birbaşa rəhbərinə məlumat vermək;
  • İT prosedurları və siyasəti çərçivəsində digər öhdəlikləri icra etmək.

Tələblər:

  • Ali təhsil – (İT və əlaqəli sahələr)
  • Sahə üzrə iş təcrübəsi -3 il
  • Dil biliyi: Azərbaycan - Yüksək, İngilis- Yüksək

Digər şərtlər

  • Müvafiq sahə üzrə ali təhsil (və ya eyni sahədə 3 il təcrübəsi);
  • Şəbəkə texnologiyaları barədə müvafiq anlayış(SD-WAN, NAC, VXLAN və s.);
  • İnformasiya təhlükəsizliyinin əsasları barədə müvafiq anlayış(IDS, IPS, URL filtering və s.);
  • Nəzəri bilik səviyyəsi CCNP;
  • Şəbəkə avadanlıqları ilə işləmə bacarığı;
  • Firewall (PaloAlto, FortiGate) avadanlıqları barədə müvafiq anlayış;
  • Simsiz şəbəkə avadanlıqları ilə işləmə bacarığı (CİSCO);
  • Monitorinq sistemləri ilə işləmə bacarığı;
  • Məsuliyətlilik, diqqətlilik, lazım gəldikdə gərgin iş rejimində işləməyə hazır olmaq;

Biz sizə nə təklif edirik?

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
  • Komanda quruculuq tədbirlərində iştirak imkanı;
  • İdman zallarında endirim imkanları;
  • Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
  • Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
  • Könüllü tibbi sığorta;
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.

  • Daily12
  • Weekly589
  • Monthly610