Bank of Baku Bank of Baku

Ümumi audit şöbəsinin aparıcı auditoru

  • Deadline 9 July 2026

Vəzifə öhdəlikləri:

  • Audit planına uyğun audit yoxlamalarının aparılması;
  • Proses və təşkilati strukturlar üzrə idarəetmə, risklərin idarə olunması və daxili nəzarət sistemlərinin effektivliyinin qiymətləndirilməsi;
  • Tənzimləyici tələblərə və qabaqcıl beynəlxalq təcrübələrə uyğunluğun təhlili və qiymətləndirilməsi;
  • Beynəlxalq daxili audit standartlarına uyğun audit tapşırıqlarının icrası və/və ya koordinasiyası;
  • Daxili qaydalar, prosedurlar və qanunvericiliyə uyğunluğun yoxlanılması;
  • Audit prosesinin gedişi barədə rəhbərlik və maraqlı tərəflərlə davamlı kommunikasiya;
  • Aşkarlanmış əhəmiyyətli nəzarət zəiflikləri barədə dərhal rəhbərliyə məlumat verilməsi;
  • Müsahibələrin və yekun müzakirələrin təşkili;
  • Audit hesabatlarının hazırlanması;
  • Audit sənədlərinin metodologiyaya uyğun şəkildə hazırlanması.

Tələblər:

  • Ali təhsil- Maliyyə, mühasibat uçotu, iqtisadiyyat, biznesin idarə olunması və ya əlaqəli sahə üzrə
  • Sahə üzrə təcrübə - 2 il
  • Dil biliyi- Azərbaycan dili- yüksək, Rus dili- orta

Texniki səriştəliklər

  • Beynəlxalq peşəkar sertifikatların (CIA, ACCA, CFE və s.) mövcudluğu və ya həmin proqramlarda iştirak üstünlükdür;
  • Risk əsaslı audit yanaşmasının tətbiqi
  • Daxili nəzarət sistemlərinin qiymətləndirilməsi
  • Audit testlərinin hazırlanması və icrası;
  • Maliyyə hesabatlarının və əməliyyat məlumatlarının təhlili;

Biz sizə nə təklif edirik?

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
  • Komanda quruculuq tədbirlərində iştirak imkanı;
  • İdman zallarında endirim imkanları;
  • Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
  • Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
  • Könüllü tibbi sığorta;
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.

  • Daily19
  • Weekly319
  • Monthly1044