Vəzifə öhdəlikləri:
- Filial tərəfindən təklif edilən bütün növ məhsul və xidmətlər üzrə müraciətçilərə ilkin məlumatları verir və müraciətçilərin istəyinə əsasən onları müvafiq bölmələrə yönəldir.
- Filial ilə digər struktur bölmələri arasında bankdaxili sənəd mübadiləsini təmin edir və onların qeydiyyatını aparır.
- Daxil olan və çıxan məktubların, dövri nəşrlərin qeydiyyatını aparır və arxivləşdirir.
- Növbənin avtomatik idarəedilmə sistemi ilə bağlı filiala daxil olmuş şəxslərin sullarına cavab verir və lazım olduqda onlara köməklik göstərir.
Tələblər:
- Təhsil- Ali
- İş təcrübəsi - tələb edilmir
- Dil biliyi - Azərbaycan dili- yüksək, Rus dili- yüksək
Biz sizə nə təklif edirik?
- Karyera inkişafı üçün əlverişli mühit;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuq tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Könüllü tibbi sığorta;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.