Bank of Baku Bank of Baku
  • 235

Bank of Baku

Banklar , Maliyyə xidmətləri ,

Xidmət bölməsinin kiçik eksperti (Şəki)

Xidmət bölməsinin kiçik eksperti (Şəki)

  • Deadline 25 Oktyabr 2024

Vəzifə öhdəlikləri:

  • Fiziki və hüquqi şəxslərə (banklar istisna olmaqla) mövcud qanunvericiliyə və bankdaxili təlimatlara əsasən bütün növ bank hesablarının açılması, yenidən rəsmiləşdirilməsi və bağlanılması ilə bağlı danışıqları aparır, sənədləri qəbul edir, yoxlayır və müvafiq hesabları seçir.
  • Tərəfindən aparılmış əməliyyatlar üzrə Bankın mövcud olan tariflərinə əsasən bank komissiyası tutur.
  • Müştəriyə kassa-hesablaşma xidmətlərinin göstərilməsi ilə əlaqədar bütün növ tapşırıq sənədlərini (kassa mədaxil və məxaric orderləri, pul çekləri, ödəniş tapşırıqları, xarici valyutanın alqı-satqı sifarişləri, balansdankənar mədaxil və məxaric orderləri (çeklər və kartlar üzrə) və s.) hazırlayır.
  • Əmək haqqı layihələri üzrə aparılan əməliyyatları-əmək haqqı kartlarını sifariş edir, müvafiq komissiya məbləğini silir, PİN kodların təhvil-təslim aktını hazırlayır və təhvil verir.
  • Bankın Xidmət Tarif və Şərtlərində qeyd olunan digər xidmətləri və əməliyyatları da müştərilərə təklif edir, buna dair sual və müraciətləri cavablandırır.

Tələblər:

  • Ali təhsil 
  • Dil biliyi- Azərbaycan dili- yüksək, Rus dili- orta
  • MS Office proqramları ilə işləmə bacarığı;

Biz sizə nə təklif edirik?

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
  • Komanda quruculuq tədbirlərində iştirak imkanı;
  • İdman zallarında endirim imkanları;
  • Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
  • Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
  • Könüllü tibbi sığorta;
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Aşağıda qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.

  • Daily147
  • Weekly354
  • Monthly260