Bank Respublika ASC Bank Respublika ASC

Anderraytinq departamenti / Aqro və mikro kreditlərinin təhlili şöbəsinə baş mütəxəssis

Anderraytinq departamenti / Aqro və mikro kreditlərinin təhlili şöbəsinə baş mütəxəssis

  • Deadline 11 September 2026

Təsvir

  • Filiallardan daxil olan Aqro və mikro kreditləri üzrə təklifləri operativ şəkildə təhlil etmək və çevik, əsaslandırılmış qərarlar verərək təklifləri kredit komitəsinə hazırlamaq;
  • Kredit analizləri üçün təhlil formalarının təkmilləşdirilməsi və qərarların avtomatlaşdırılması istiqamətində təkliflərin hazırlanmasında iştirak etmək;
  • Verilmiş kreditlərin keyfiyyətini qiymətləndirmək və gecikmə portfelini mütəmadi olaraq nəzarətdə saxlamaq;
  • Aqro və mikro kreditlərində riskli məqamların araşdırılması, ehtiyac olduğu halda nəzarət baxışı (supervision) və davamlı monitorinqlərin aparılması.

Tələblər

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
  • Bankda kredit sahəsi üzrə minimum 3 il iş təcrübəsi (AMD kreditləri üzrə minimum 2 il iş təcrübəsi arzuolunandır);
  • Dil bilikləri: Azərbaycan dili (əla), rus və ingilis dilləri arzuolunandır;
  • MS Office (Word,Excel,Outlook) proqramları üzrə biliklər;
  • Müxtəlif düşüncə və dünyagörüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • Məlumatlar əsasında təhliletmə və düzgün qərarvermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily109
  • Weekly240
  • Monthly840