Təsvir
- Bu il Bank Respublika 33 yaşını qeyd edir və 33 tələbəyə öz gələcəklərini qurmaq üçün unikal imkan yaradır.
- Gələcəyin bankiri olmaq istəyirsənsə, bu təcrübə proqramı sənin üçündür.
- Bu 2 ay sadəcə bir təcrübə müddəti deyil, fikir, bilik və fürsətlərin platformasıdır.
Burada sən:
- Real bank mühitində çalışacaqsan
- Peşəkar mentorlarla işləyəcəksən
- Müxtəlif departamentləri tanımaq və layihələrdə iştirak etmək şansı əldə edəcəksən
BRain 33 ilə gələcəyinə doğru ilk addımı at və Bank Respublika-nın uğurlu komandası ilə birgə böyü!
Qeyd: Təcrübə müddəti 01.07.2025 - 29.08.2025 tarixlərini əhatə edəcəkdir.
Tələblər
- Universitetin bakalavr 3\4-cü kurs və magistr tələbələri;
- Yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarıqları;
- Kritik düşüncə və məlumatları düzgün təhlil edərək qərar vermə bacarığı;
- İnovativ həllər tapmaq və tətbiq etmək bacarığı;
- Yeni biliklərə və bacarıqlara açıq olmaq, daim inkişaf etmək istəyən namizədlər.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.