Bank Respublika ASC Bank Respublika ASC
  • 252
Bank Respublika ASC

Bank Respublika ASC

Banks , Financial services

Risklərin İdarə Edilməsi Departamenti kredit riskləri şəbəsinə mütəxəssis/aparıcı mütəxəssis

Risklərin İdarə Edilməsi Departamenti kredit riskləri şəbəsinə mütəxəssis/aparıcı mütəxəssis

  • Истекает 9 август 2025

Təsvir

  • Risk təhlillini dəstəkləmək üçün daxili və xarici mənbələrdən məlumat toplamaq, təmizləmək və doğrulamaq;
  • Məlumatların araşdırıcı təhlilini (EDA) aparmaqla tendensiyaları, anomaliyaları və risk göstəricilərini aşkar etmək;
  • Portfelin performansı, gecikmə tendensiyaları və ortaya çıxan risklər haqqında hesabatlar hazırlamaq və dövri olaraq yeniləmək;
  • Kredit qabiliyyətini qiymətləndirmək və defolt riskini proqnozlaşdırmaq üçün statistik və maşın öyrənməsi modelləri hazırlamaq;
  • Kredit risk modellərinin sabitliyini, dəqiqliyini və normativ uyğunluğunu təmin etmək üçün monitorinq aparmaq.

Tələblər

  • Statistika, Riyaziyyat, Data analitika, Data science, Kompüter elmləri bakalavr və ya daha yüksək dərəcə və ya əlaqəli sahə üzrə iş təcrübəsi;
  • Python proqramlaşdırma dilində peşəkar səviyyədə bilik, o cümlədən Pandas, NumPy, Scikit-learn, həmçinin Matplotlib və ya Seaborn kitabxanaları ilə işləmə bacarığı;
  • SQL və R proqramlaşdırma dilləri ilə tanışlıq və təcrübə;
  • Microsoft Excel proqramında yüksək səviyyədə bacarıq – pivot cədvəllər, kompleks formulalar və vizualizasiya alətləri ilə işləmə;
  • Statistik metodlar və anlayışlar üzrə biliklər;
  • Riskləri müəyyənləşdirmək, qiymətləndirmək və modelləşdirmək üçün maşın öyrənməsi alqoritmlərinin praktik tətbiqi (klassifikasiya modelləri, anomaliya aşkarlanması, klasterləşmə və s);
  • Skorinq modellərin qurulmasında təcrübənin olması müsbət haldır;
  • Müxtəlif mənbələrdən böyük həcmli məlumatları təmizləmək, emal etmək və analiz etmək bacarığı;
  • Güclü problemləri həll etmə bacarığı və diqqətlilik;
  • Texniki nəticələri texniki olmayan tərəfdaşlara aydın izah etmək üçün yaxşı ünsiyyət bacarığı.

Üstünlük Verilən Keyfiyyətlər:

  • Risk idarəetməsi, maliyyə və ya bank sektorunda iş təcrübəsi;
  • Power BI və ya digər məlumat vizuallaşdırma / dashboard alətləri ilə tanışlıq.

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat
  • Təcrübə - 1-2 il
  • Təhsil - Bakalavr

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily6
  • Weekly623
  • Monthly1170