Son tarix: 29.12.2024
Şirkət: Baku Digital MMC
Ərazi: Bakı
Əmək haqqı: 500-700 AZN
Staj: 1 il
Yaş: 20 — 40 yaş
Təhsil: Ali təhsil
İş rejimi: Tam iş günü (5 gün)
Müqavilə: Əmək müqaviləsi
Vəzifə öhdəlikləri:
- Gündəlik bank çıxarışların 1C proqramına işlənilməsi.
- Gündəlik e-qaimələrin portal vasitəsilə göndərilməsi. E-qaimələrə uygun olaraq hesab fakturaların hazırlanması, müştərilərə göndərilməsi.
- Debitor borclara nəzarət.
- Şirkətə gələn məktubların cavablandırılması.
- Gündəlik satışların bank hesabına mədaxil edilməsi.
- Mühasibin verdiyi digər tapşırıqların yerinə yetirilməsi.
Namizədə tələblər:
- Maliyyə və ya mühasibatlıq sahəsi üzrə ali təhsil.
- Müvafiq sahədə 1 ildən az olmayan iş təcrübəsi olan xanımlar.
- MS Office və 1C 8.3 proqramlarında işləmək bacarığı.
- Online kargüzarlıq və e-qaime portallardan istifadə etmə bacarığı.
- Vergi Məcəlləsi,əmək məcəlləsi, maliyyə və mühasibatlıqla bağlı biliklər.
- Elektron hökümət portalı ilə işləmə qabiliyyəti.
İş şərtləri:
- Həftədə 5 iş günü,
- İş yeri: Nərimanov, Əhməd Rəcəbli küç.
- Azərbaycan Respublikası ƏM əsasən rəsmiləşdirmə
Göstərilən tələblərə cavab verən namizədlərin CV-lərini “Mühasib köməkçisi” başlığı ilə qeyd edilmiş elektron ünvanına göndərməkləri xahiş olunur.