Komandamızı böyüdürük! Əgər siz də dinamik mühitdə çalışmaq, tələbələrə ingilis dilini sevdirmək və öz təcrübənizi bizimlə bölüşmək istəyirsinizsə, bu vakansiya tam sizin üçündür.
Namizədə olan tələblər:
- Cins: Xanım və ya bəy namizədlər
- Dil biliyi: Minimum B2 / C1 səviyyəsində sərbəst ingilis dili
- Tədris proqramı: Özünə məxsus Syllabus-un olması mütləqdir
- İş təcrübəsi: Minimum 6 ay-1 il tədris təcrübəsi mütləqdir
- Qrafik: Səhər və xüsusilə axşam qruplarında dərslər keçməyə uyğun olmaq
- Media: Kursun sosial media və reklam layihələri üçün video çəkilişlərdə iştirak etməyə razı olmaq
Biz nə təklif edirik?
- Əməkhaqqı: Müsahibə zamanı bildiriləcək
- Mehriban və inkişaf yönümlü kollektiv
- Təcrübə qazanmaq və peşəkar kimi böyümək imkanı
Siz də Basic Academy ailəsinin bir parçası olmaq istəyirsinizsə, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Zəhmət olmasa müraciət edərkən mövzu hissəsində "İngilis dili müəllimi" qeyd etməyi unutmayın.