Basic Academy dizayn sahəsində özünü inkişaf etdirmək və təcrübə qazanmaq istəyən gənclər üçün möhtəşəm fürsət elan edir!
Kursu yeni bitirmisinizsə və aşağıdakı proqramlar üzrə bazanız varsa, təcrübənizin olması mütləq deyil:
Tələb olunan proqramlar:
- Adobe Photoshop
- Adobe Illustrator
- InDesign
- After Effects
- Media Encoder
Mentorun öhdəlikləri:
- Əyani və ya onlayn dərslərdə müəllimə dəstək olmaq
- Tələbələrin suallarını cavablandırmaq
- Proqramların quraşdırılmasında (yüklənməsində) tələbələrə köməklik göstərmək
Sizə nə təklif edirik?
- Canlı dərslərdə iştirak edərək real praktiki təcrübə
- Biliklərinizi möhkəmləndirmək imkanı
- Proqramı uğurla başa vuranlara Xüsusi Sertifikat
Təcrübə proqramı ödənişsizdir (əyani və ya onlayn formatda).
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə və ya birbaşa şəxsi mesaj bölməsinə yaza bilərsiniz!