Basic Academy komandasına təcrübəli və peşəkar SMM Müəllimi dəvət olunur!
İş Şərtləri və Təklifimiz:
- Dərs formatı: Həm əyani, həm də onlayn formatda, praktiki iş biliklərinə və real keyslərə əsaslanan tədris.
- Dərs qrafiki: axşam saatlarina üstünlük verilir Səhər və günorta saatlarıda ola bilər
- Video çəkilişlər: Müəllim akademiyanın video çəkilişlərində və layihələrində iştirak etməlidir.
- Əməkhaqqı: Razılaşma əsasında.
Vəzifə Öhdəlikləri:
- SMM strategiyası, kontent planın hazırlanması və kopiraytinqin sıfırdan praktiki şəkildə öyrədilməsi.
- Target reklamların (Meta Ads və s.) idarə olunmasının və büdcənin düzgün paylanmasının izahı.
- Sosial media alətləri, analitika və səhifələrin böyüdülməsi taktika və üsullarının tədrisi.
- Tələbələrin praktiki tapşırıqlarının yoxlanılması və onlara mentorluq edilməsi.
Namizədə Tələblər:
- SMM sahəsində real iş təcrübəsi və portfeli.
- Marketinq trendlərini və alətlərini aktiv şəkildə izləmək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.