Vəzifə öhdəlikləri
- Yeni müştərilərin axtarışı və əməkdaşlığa cəlb edilməsi
- Müştərilərlə ilkin danışıqların aparılması və kommersiya təkliflərinin hazırlanması
- Şirkətin xidmətlərinin telefon, təqdimat və əyani görüşlər vasitəsilə effektiv təqdim olunması
- Satış prosesləri və dinamikasının izlənməsi
- Müştəri ehtiyaclarının təhlili və tələbatlara uyğun təkliflərin hazırlanması
- Mövcud müştəri bazası ilə səmərəli əlaqələrin qorunması və inkişaf etdirilməsi
- Satış və digər aidiyyəti şöbələrlə koordinasiyalı və effektiv əməkdaşlıq
- Satışların gələcək dövrlər üzrə planlaşdırılması
- Satışını həyata keçirdiyi məhsulun texniki xüsusiyyətlərini və tətbiqini müştəriyə çatdırmaq
Tələblər
- Ali təhsil
- Rus və ingilis dillərində sərbəst danışıq və yazı qabilliyəti mütləqdir (alman dili üstünlükdür)
- Effektiv satış, peşəkar danışıqlar və işgüzar yazışma bacarığı
- Ofis proqramlarında və axtarış sistemlərində sərbəst işləmək bacarığı
- Laborator analizlərin icra edilməsi üzrə təcürübənin olması üstünlükdür
- Ölkə daxili və xarici səfərlərin məhdudiyyətinin olmaması
- Yaş həddi: 25-35
Şərtlər
- İş qrafiki: 5 gün 09:00 - 18:00
- Əmək haqqı: 800₼ + bonus.
Maraqlanan namizədlərdən CV-lərini "Sales aplication manager" mövzusu ilə Müraciət Et butonunda qeyd olunan e-poçt ünvanına göndərmələri xahiş olunur.